Yaponiya

Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti"), köhnə mənbələrdə Japon (Köhnə Azərbaycan Türkcəsi: ژاپون) və ya Məmləkəti Japon (Köhnə Azərbaycan Türkcəsi: مملکت ژاپون) — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi KoreyanınRusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dəniziTayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.

Yaponiya

yap. 日本国
Nippon-koku
Yaponiya
3 may 1947
Himni: Kimiqayo (君が代)
Paytaxtı
və ən böyük şəhəri
Tokio
Rəsmi dilləriyoxdur
Milli dil:
Yapon dili
Regional dillər:
Aynu dili
Ryukyu dili
Şərqi yapon dili
Qərbi yapon dili
digər yapon dialektləri
Etnik qrupları
98.5% yaponlar
0.5% koreyalılar
0.4% çinlilər
0.2% filippinlilər
0.2% braziliyalılar
0.1% vyetnamlılar
0.1% digərləri
İdarəetmə formasıUnitar parlamentli konstitusiyalı monarxiya
Naruhito
Şinzo Abe
Qurulması
Tarixi 
 Milli Yaranma Günü
E.ə. 11 fevral 660
29 noyabr 1890
3 may 1947
28 aprel 1952
 Yaranması
3 may 1947
Ərazisi
 Ümumi
377972 (62-ci)
 Su (%)
0.8
Əhalisi
 2015 təxmini
126 919 659 (10-cu)
 2015 siyahıya alma
127 110 047
 Sıxlıq
3,408/km2 (8,826.7/sq mi) (36-cı)
ÜDM (AQP)2016 təxmini
 Ümumi
4,901 trilyon (4-cü)
 Adam başına
38.731 (29-cu)
ÜDM (nominal)2016 təxmini
 Ümumi
4,412 trilyon (3-cü)
 Adam başına
34,871 (25-ci)
İİİ (2014)0.891
çox yüksək · 20-ci
ValyutasıYapon yeni / En 円 (¥)
Saat qurşağıJST
Yolun hərəkət istiqamətisol
Telefon kodu81
ISO 3166 koduJP
İnternet domeni.jp

Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, KyuşuŞikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin TokioYokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir.

Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Yaponiya haqqında məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Digər regionlardan, xüsusilə Çindən böyük təsir, həmçinin izolyasiya dövrü, daha sonra Qərbi Avropanın təsiri Yaponiya tarixini xarakterizə edir. XII əsrdən 1868-ci ilə qədər Yaponiya imperatorun naminə fəaliyyət göstərən feodal şoqunlar tərəfindən idarə olunmuşdur. Yaponiya XVII əsrin əvvəllərində uzun müddət davam izolyasiya dövrünə daxil olmuş, bu izolyasiya 1853-cü ildə ABŞ donanmasının Yaponiyaya Qərbi Avropaya açılması barədə təzyiq etməsinə qədər davam etmişdir. Təxminən 20 il davam edən daxili konfliktdən və üsyandan sonra 1868-ci ildə İmperator Meyci ölkənin hökmdarı olmuş və Yaponiya imperiya, imperator isə xalqın müqəddəs simvolu elan edilmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində — Yaponiyanın hərbi gücünün artdığı dövrdə Birinci Çin-yapon müharibəsi, Rus-yapon müharibəsiBirinci Dünya Müharibəsində əldə olunmuş qələbələr Yaponiyaya imperiya ərazisini genişləndirməyə imkan yaratmışdır. 1937-ci ildə baş vermiş İkinci Çin-yapon müharibəsi 1941-ci ildə İkinci Dünya Müharibəsinin bir hissəsinə çevrilmiş, lakin Yaponiya İmperiyasının müharibəyə qatılması 1945-ci ildə HiroşimaNaqasaki şəhərlərinə atom bombalarının atılması, sonda isə məğlub olması ilə nəticələnmişdir. 1947-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan — Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyalı monarxiyaya malik ölkədir.

Yaponiya BMT, G7, G8G20-nin üzvüdür. Yaponiya böyük gücdür. Yaponiya nominal ÜDM-ya görə dünyanın ən güclü 4-cü, alıcılıq gücünün tarazlığına görə isə dünyanın ən güclü 3-cü iqtisadiyyatına malikdir. Dövlət həm də dünyanın ən böyük 5-ci ixracatçısı və dünyanın ən böyük 5-ci idxalçısıdır. Yaponiya rəsmi olaraq müharibə elan etməmək istədiyini konstitusiyasında göstərsə də, Yaponiya dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malikdir və silahlı qüvvələrindən ancaq özünü və sülhü qorumaqda istifadə etdiyini bildirir. Yaponiya yüksək yaşayış normasına və İnsan İnkişafı İndeksinə malik inkişaf etmiş ölkədir, əhali yüksək yaşayış imkanlarından yararlanır. Ölkə körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir. Yaponiya Ölkə Brend İndeksində 1-ci, Qlobal Sülh İndeksində isə Asiya ölkələri arasında 1-ci yerdədir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.