Suriya

Suriya - (Ərəb: سوريا) ya da rəsmi adıyla Suriya Ərəb Respublikası, (Ərəbcə: الجمهورية العربية السورية, Əl-Cumhuriyyetü'l-Arabiyyetü's-Suriyye) Orta Şərqdə Livan, İsrail, İordaniya, İraqTürkiyə ilə qonşu bir ölkədir. Aralıq dənizinə bir sahili var. Suriyanın paytaxtı və ən böyük şəhəri Dəməşqdir. Rəsmi məlumatlara görə Suriyanın ümumi əhalisi 2004-cü ildə 17 milyon 921 min idi. Halep, Latakiya, Humus isə digər böyük şəhərləridir.

Suriya Ərəb Respublikası
الجمهوريّة العربيّة السّوريّة
(Al-Jumhuriya al-`Arabiya as-Suriya)
(Bayrağı)
National Motto:
Rəsmi dilƏrəb dili

Rəsmi din İslam

PaytaxtDəməşq
PrezidentBəşar Əsəd
Ərazi
 - Ümumi
 - % Su
88-cı yer
185,180 km²
0.06%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
55-ci yer
20 milyon ( 2016 il,təxmini)
93/km²
PulSuriya funtu
Saat qurşağıUTC +2
Internet TLD.sy
Telefon kodu963

1963-cü ildən bəri ölkə Baas partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur. Suriyadakı mövcud prezident 1970-ci ildən 2000-ci ilədək ölümə qədər ölkəni idarə edən Hafiz Əsədin oğlu Bəşər Əsəddir. Mart 2011-ci ildə Yaxın Şərqdəki dalğalanmalardan ictimai mitinqlərlə başa çatdı. Hökumət 29 Mart 2011-ci ildə istefa etdi. İctimaiyyətin islahat istəməsi və onlarla insanın ölümü nəticəsində Məhəmməd Naci əl-Otari baş nazir oldu. Hökumət formalaşana qədər Məhəmməd Nacan əl-Otari müvəqqəti olaraq Bəşər Əsəd tərəfindən baş nazir vəzifəsinə təyin edildi. Eyni gündə bir çox şəhərlərdə, xüsusilə də paytaxt Şam şəhərində on minlərlə nümayiş keçirildi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.