Sakit okean

Sakit okean ing. Pacific Ocean — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit OkeanCənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır.

Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir.

/7 /69==Dənizləri==

  1. Berinq dənizi
  2. Oxot dənizi
  3. Yapon dənizi
  4. Şərq dənizi
  5. Sarı dəniz
  6. Şərqi Çin dənizi
  7. Cənubi Çin dənizi
  8. Yava dənizi
  9. Banda dənizi
  10. Filippin dənizi
  11. Ross dənizi
  12. Amundsen dənizi
  13. Bellinshauzen dənizi
  14. Mərcan dənizi
  15. Tasman dənizi
  16. Durvil dənizi və.s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.