Səfəvilər

Səfəvilər dövləti və ya Səfəvilər imperiyası1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi HindistanÖzbəkistan ərazilərini əhatə etmiş, Azərbaycan varisi olduğu tarixi Azərbaycan dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı,Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.

Xanədani Səfəviyyə
Dövləti Qızılbaş
Səfəvilər
15011736/1773/1722
Bayrağı[6]
Gerbi
I Şah Abbas dövründə Səfəvi dövləti
Paytaxtı
Dini
İslam (Şiəlik)
İdarəetmə formasıMütləq monarxiya
Tarixi 
 Yaranması
1501
 Süqutu
1736/1773/1722
Ərazisi
 Ümumi
3.500.000 km² (1512)
ValyutasıAbbası
Tümən
Şahı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.