Rusiya

Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция) — Şimali Avrasiyada bir ölkədir. Rəhbərlik şəkli federal yarı prezidentlik tipli respublikadır. Şimal-qərbdən cənub-şərqə Rusiya, Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti ilə), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, MonqolustanŞimali Koreya ilə həmsərhəddir. Dəniz sərhədi olaraq isə Oxot Dənizindən Yaponiya ilə, Berinq Boğazından isə ABŞ ştatı olan Alyaska ilə də qonşudur. 17,075,400 km²-lik ərazisi ilə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Rusiya eyni zamanda 2014 ili etibarı ilə 144 milyon əhalisi ilə dünyanın ən sıx əhalili doqquzuncu ölkəsidir. Bütöv şimali AsiyanınŞərqi Avropanın böyük bir qisminə uzanan Rusiya, doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif relyefiqlimə malikdir.

Rusiya

Российская Федерация
Rossiyskaya Federatsiya
Rusiya
26 dekabr 1991
PaytaxtıMoskva
Ən böyük şəhəriMoskva, Sankt-Peterburq
Rəsmi dilləriRus
Etnik qrupları
81.0% Rus

3.7% Tatar 1.4% Ukraynalı 1.1% Başqırd 1.0% Çuvaş 0.8% Çeçen

11.0% Digər
İdarəetmə formasıPrezident respublikası
 Prezident
Vladimir Putin
 Baş nazir
Mixail Mişustin
 Parlamentin sədri
Valentina Matviyenko
Birləşmə
Tarixi 
 Rurik sülaləsi
862
 Kiyev Rus dövləti
882
 Böyük Vladimir Knyazlığı
1169
 Böyük Moskva knyazlığı
1363
 Çar Rusiyası
16 Yanvar 1547
 Rusiya İmperiyası
22 Oktyabr 1721
 Rusiya Sovet Federativ Sosialist Respublikası
7 Noyabr 1917
 Sovet Sosialist Respublikaları İttifaqı
10 Dekabr 1922
 Rusiya
25 Dekabr 1991
 Yaranması
26 dekabr 1991
Ərazisi
 Ümumi
17075400 (1-ci)
 Su (%)
0.5
 Sıxlıq
8.4/km2 (21.8/sq mi) (217-ci)
ÜDM (AQP)2018 təxmini
 Ümumi
$4.152 trilyon (6-cı)
 Adam başına
$28.918 (49-cu)
ÜDM (nominal)2018 təxmini
 Ümumi
$1.522 trilyon (12-ci)
 Adam başına
$10.630 (67-ci)
İİİ (2017)0.816
çox yüksək · 49
ValyutasıRubl (RUB)
Saat qurşağıUTC+2 - +12 (UTC)
Telefon kodu+7
İnternet domeni.ru

Rusiyanın tarixi IIIVIII əsrlər arasında Avropada tanınan bir qrup olaraq ortaya çıxan Şərq Slavyanları ilə başlayır. IX əsrVaryaqlar tərəfindən qurulan və idarə olunan Orta Əsr Kiyev Rus Dövləti ortaya çıxdı. 988-ci ildə Bizans İmperiyasından Pravoslav Xristianlığı qəbul edildi və sonrakı minillik üçün buraya BizansSlavyan mədəniyyətlərinin sintezi başladı. Daha sonra Kiyev Rus Dövləti bir sıra kiçik dövlətlər halına parçalandı və torpaqlarının əksəriyyəti Monqollar tərəfindən istila edilib Qızıl Orda Dövlətinin qolları halına gəldi. Qızıl Orda Dövlətindən müstəqilliyini elan edən Rus knyazlıqları yavaş-yavaş yenidən birləşib Moskva Knyazlığını qurmuş və Kiyev Rus Dövlətinin mədəni və siyasi irsinin ardıcılı olmuşdur. 18-ci əsrə gəldikdə, böyük ölçüdə fəth, ilhaq və kəşf yolu ilə Avropada Polşadan Şimali Amerikada Alyaskaya qədər uzanan tarixin ən böyük üçüncü imperiyası olan Rus İmperiya halına gəldi.

1917-ci il Oktyabr İnqilabından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası, dünyanın ilk konstitusiyalı sosialist dövləti olmuş və II Dünya Müharibəsində müttəfiqlərə qarşı qələbədə həlledici rol oynayaraq Super güc ölkəsi kimi tanınan, SSRİ-nin ən böyük və aparıcı dövlətlərindən biri oldu. SSRİ dövründə dünyanın ilk süni peyki və ilk insanlı kosmik uçuşu daxil olmaqla, XX əsrin ən əhəmiyyətli texnoloji nailiyyətləri məhz burada həyata keçirilib. Rusiya Federasiyası, SSRİ-nin dağılmasının ardından 1991-ci ildə yaradılıb və SSRİ-nin ardıcılı kimi tanınır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.