Rumıniya

Rumıniya, Romıniya və ya Romaniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə SerbiyaMacarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir.

Rumıniya
România
BayraqGerb
Himn: "Deşteaptă-te, române!" ("Oyan, Rumın!")
Rəsmi dilRumın dili
PaytaxtBuxarest
PrezidentKlaus Yohannis
Ərazi
 - Ümumi
 - % Su
78-cı yer
238,391 km²
3%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
49-ci yer
19,4 mln.( 2015-ci il təxmini)
91.3/km²
PulLeu (RON)
Saat qurşağıUTC +2
hərəkət_yönüsağ
iso3166koduRO
Internet TLD.ro
Telefon kodu40

1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər).

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.