Qazaxıstan

Qazaxıstan və ya rəsmi adı ilə Qazaxıstan RespublikasıMərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Ümumi sahəsi 2,724,900 kvadrat kilometrdir. Sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdədir. Dənizə çıxışı olmayan ölkələr arasında isə sahəsinin böyüklüyünə görə ilk pillədədir. Qazaxıstan iqtisadi cəhətdən Mərkəzi Asiya regionunda dominant dövlət hesab olunur. Belə ki, regionun ÜDM-nin 60 faizi Qazaxıstana məxsusdur. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil edir. Ölkə həmçinin böyük mineral resurslara sahibdir. Paytaxtı 1997-ci ildən bəri Nursultan şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı Almatı şəhəri olmuşdur. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya, şərqdə Çin, cənubda isə Türkmənistan, ÖzbəkistanQırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır.

Qazaxıstan Respublikası

Қазақстан Республикасы
Qazaxıstan
1991
Himni: Менің Қазақстаным
azərb. Mənim Qazaxıstanım
PaytaxtıNur-Sultan
Ən böyük şəhəriAlmatı-1 520 min, Nur-Sultan- 760 min (2015-ci il).
Rəsmi dilləriqazax dili - dövlət dili, rus dili - rəsmi dil
İdarəetmə formasıPrezident respublikası
Rəhbərlik
 Prezident
Qasım-Comərd Tokayev
 Baş nazir
Askar Mamin
21.2.2019
Tarixi 
 Yaranması
1991
Ərazisi
 Ümumi
2717300 (9-cu)
 Su (%)
1
Əhalisi
 2016 təxmini
17,7 milyon (64-cü yer)
 2016 siyahıya alma
17 753 184
 Sıxlıq
64/km2 (165.8/sq mi)
ÜDM (AQP)2014-cü təxmini
 Ümumi
418,5 milyard (43-cü)
 Adam başına
24 000 (74-cü)
ValyutasıTəngə (KZT)
Yolun hərəkət istiqamətisağ
Telefon kodu7
ISO 3166 koduKZ
İnternet domeni.kz
.қаз

Qazaxıstan rəsmi olaraq müxtəlif mədəniyyətlərə ev sahibliyi edən demokratik, dünyəvi, unitar, konstitusiyalı respublikadır. Ərazisi düzənlik, çöl, tayqa, kanyon, dağlarsəhralardan ibarətdir. 2014-cü ilə olan məlumata əsasən əhalisinin sayı 18 milyon nəfərdən çoxdur. Quru ərazisinin çox böyük olmasına baxmayaraq, əhali sıxlığına görə dünyada ən aşağı göstəricilərdən birinə sahibdir. Hər kvadrat kilometrdə əhali sıxlığı 6 nəfərə bərabərdir. Paytaxtı Nursultan, ən böyük şəhəri Almatıdır.

Qazaxıstan ərazisi tarix boyunca köçəri türk xalqlarına ev sahibliyi etmişdir. 13-cü əsrdə bu ərazi Çingiz xanın rəhbərlik etdiyi Monqol İmperiyası tərəfindən işğal olunmuşdur. 16-cı əsrdən etibarən qazaxlar ayrıca qrup kimi ortaya çıxdıqdan sonra onların yaşadığı ərazilər üç cüzə bölündü. 18-ci əsrdə ruslar Qazaxıstan ərazisində məskunlaşmağa başladı və 19-cu əsrin ortalarından etibarən bu ərazi Rusiya İmperiyası tərəfindən idarə olunmağa başlandı. Rusiyada 1917-ci ildə baş tutmuş inqilab və onun ardınca baş vermiş Rusiya vətəndaş müharibəsi nəticəsində imperiyaya tabe olan digər bütün dövlətlər müstəqillik əldə etdi. Lakin bu müstəqillik uzun çəkmədi. 1920-ci ildə ölkə ərazisi yenə rusların işğalına məruz qaldı və Sovet hakimiyyəti bərqərar oldu. 1936-cı ildə Sovet İttifaqının tərkib hissəsi olan Qazaxıstan SSR-in əsası qoyuldu.

Qazaxıstan 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı ən son müstəqillik elan edən Sovet respublikalarından biri olmuşdur. Hazırkı prezident Qasım-Comərd Tokayev 2019-cu ildən bəri ölkəyə rəhbərlik edir. Qazaxıstan hal-hazırda öz iqtisadiyyatını, xüsusilə də karbohidrogen sənayesini inkişaf etdirməkdə davam edir.

Qazaxıstanda qazaxlar (əhalinin 63%-ni təşkil edir), ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlaruyğurlar da daxil olmaqla, 131 müxtəlif etnik qrup yaşayır. Əhalinin təqribən 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir. Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir. Qazaxıstan hal-hazırda BMT, Dünya Ticarət Təşkilatı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi, KTMT, ATƏT, İslam Əməkdaşlıq TəşkilatıTÜRKSOY kimi təşkilatların üzvüdür.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.