Polşa

Polşa, köhnə mənbələrdə Lehistan ya da rəsmi olaraq Polşa Respublikası (pol. Rzeczpospolita Polska) — Avropada dövlət. Mərkəzi Avropada olub qərbdə Almaniya, cənubda Çex RespublikasıSlovakiya, şərqdə UkraynaBelarus, şimalda isə Baltik dənizi, LitvaRusiya (Kalininqrad vilayəti) ilə həmsərhəddir. Ölkənin həmçinin Danimarkaİsveç ilə dəniz sərhədləri vardır. Polşanın ərazisi 312.696 km²-dir (dünyada ərazisinə görə 69-cu yerdədir). Əhalisi 38.1 milyondan çoxdur, sakinlər əsasən tarixi mərkəz Krakov və paytaxt Varşava kimi böyük şəhərlərdə məskunlaşmışdır.

Polşa Respublikası

pol. Rzeczpospolita Polska
X əsr 11 noyabr 1918
Gerbi
Himni: "Mazurek Dąbrowskiego"
(azərb. "Polşa hələ itkin deyil")
PaytaxtıVarşava
39°55′ şm. e. 32°50′ ş. u.
Ən böyük şəhəriVarşava, Krakov, Lodz, Vroclav, Poznan.
Rəsmi dilləriPolyak dili
Etnik qrupları
Polayklar – 98 %
Digərləri – 2 %(CİA 2012)
İdarəetmə formasıParlament Respublikası
 Prezident
Andjey Duda
 Vitse-prezident(lər)
Mateuş Moraveçkiy
Formasiyalar
Tarixi 
 Polyakların Respublikası
8 Aprel, 1945
 Üçüncü Polşa Respublikası
13 Sentyabr, 1989
 Avropa Birliyinin üzvü
1 May, 2004
 Yaranması
X əsr 11 noyabr 1918
Ərazisi
 Ümumi
312696 (69-ci)
 Su (%)
3.07
Əhalisi
 31 Dekabr, 2017 təxmini
38.433.600 (35-ci)
 2000 siyahıya alma
38 649 000
 Sıxlıq
123/km2 (318.6/sq mi) (83-cü)
ÜDM (AQP)2019 təxmini
 Ümumi
$1.271 trilyon (21-ci)
 Adam başına
$33.472 (56-cı)
ÜDM (nominal)2019 təxmini
 Ümumi
$581 milyard (22-ci)
 Adam başına
$15.313
İİİ (2017)0.865
çox yüksək · 33-cü
ValyutasıPolşa Zlotısı (PLN)
Saat qurşağıUTC+1 (CET)
 Yay (DST)
UTC+2 (CEST)
Telefon kodu+48
İnternet domeni.pl
Rəsmi vebsaytı
poland.pl

İlk polyak dövləti 966-cı ildə yaradılmışdı. Həmin dövlətin sərhədləri təxminən bugünkü Polşa sərhədləri ilə üst-üstə düşür. Polşa 1025-ci ildə krallığa çevrilmiş, 1569-cu ildə isə Böyük Litva hersoqluğu ilə birləşərək Polşa-Litva birliyinin əsasını qoydu. Bu ittifaq yalnız 1795-ci ildə dağılmışdı. 1918-cu ildə müstəqilliyini yenidən qazanan Polşa İkinci dünya müharibəsi dövründə Adolf Hitler Almaniyası tərəfindən işğal olunmuş, müharibə bitdikidən sonra isə kommunist dövlət kimi SSRİ-nin nəzarət etdiyi Şərq Blokuna daxil olmuşdu. 1989-cu ildə kommunist rejimi devrildikdən sonra Polşada "Üçüncü Respublika" quruldu. Bu gün Avropa İttifaqının ən çox əhaliyə malik 6-cı ölkəsi olan Polşa 16 voyevodaliqdan (pol. województwo) ibarət liberal demokratik dövlətdir. Ölkə Avropa Birliyi, NATO, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatının üzvüdür.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.