Pakistan

Pakistan (urdu پاکِستان — «təmizlərin torpağı», ing. Pakistan) tam adı Pakistan İslam Respublikası (urdu اسلامی جمہوریہ پاکِستان İsləmi‘ Cumhüri‘yah-e-Pəkistan, ing. Islamic Republic of Pakistan) – Cənubi Asiyada dövlət. Əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1,046 km-dir. Ölkə cənubdan Ərəb dəniziOman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir.

Pakistan İslam Respublikası

اسلامی جمہوریۂ پاکستان
Islamic Republic of Pakistan
Pakistan
14 avqust 1947
Şüarı: Ittehad, Tanzim, Yaqeen-e-Muhkam  (urdu)
"Birlik, İntizam ve İnam"
Himni: 
Qaumi Tarana
Paytaxtıİslamabad
Ən böyük şəhəriKaraçi, Lahor, Feysəlabad, Ravalpindi, Multan, Heydərabad
Rəsmi dilləriUrduİngilis
Etnik qrupları
Pəncablılar (44,15%)
Puştunlar (15,42%)
Sindhilər (14,1%)
Seraikilər (10,53%)
Mühacirlər (7,57%)
Bəluclar (3,57%)
digər (4,66%)
Dini
İslam
Demonim(lər)iPakistanlı
İdarəetmə formasıPrezident respublikası
 Prezident
Arif Alvi
 Baş nazir
İmran Xan
Qurulması
Tarixi 
14 avqust 1947
 İslam respublikasının elanı
23 mart 1956
 Şərqi Pakistanın ayrılması
26 mart 1971
 Yaranması
14 avqust 1947
Ərazisi
 Ümumi
881913 (33-cü)
 Su (%)
2.86
Əhalisi
 2016 təxmini
201,995,540 (6[1]-cı)
 1998 siyahıya alma
132 352 279
 Sıxlıq
244.4/km2 (633.0/sq mi) (56-cı)
ÜDM (AQP)2017 təxmini
 Ümumi
1,059 trilyon (25)
 Adam başına
5,402 (137)
ÜDM (nominal)2015 təxmini
 Ümumi
270,961 milyard (43-cü)
 Adam başına
1,427 (143-cü)
Cini indeksi (2013)30.7
orta
İİİ (2015)0.550
orta · 147-ci
ValyutasıRupi (Rs.) (PKR)
Saat qurşağıUTC+6 (Standart Pakistan Vaxtı)
Yolun hərəkət istiqamətisol
Telefon kodu92
ISO 3166 koduPK
İnternet domeni.pk

Hazırda Pakistanın nəzarəti altında olan ərazilər bir neçə qədim mədəniyyətə ev sahibliyi etmişdir. Bunu NeolitTunc dövrünə məxsus abidələr, yaşayış məntəqələri və s. sübut edir. Bu ərazidə vaxtilə Əhəmənilər İmperiyası, Makedoniyalı İsgəndər, Mauriya İmperiyası, Əməvilər sülaləsi, Qupta İmperiyası, Dehli sultanlığı, Monqol İmperiyası, Böyük Moğol İmperiyası, Dürranilər İmperiyasıBritaniya İmperiyası kimi nəhəng imperiyalar və hökmdarlar ağalıq etmişdir.

Məhəmməd Əli Cinnah tərəfindən başladılmış Pakistan Hərəkatıyarımqitənin müstəqillik uğrunda mübarizədə qalib gəlməsi nəticəsində Pakistan dövləti 1947-ci ildə müstəqillik əldə etmişdir. Ölkə etnik və dil baxımından müxtəlifdir. Eyni müxtəliflik özünü ölkənin coğrafiyası və təbiətində də büruzə verir. Pakistan 1956-cı ildə konstitusiyanı qəbul etmiş, beləliklə İslam respublikasına çevrilmişdir. 1971-ci ildə başlamış etnik vətəndaş müharibəsi Şərqi Pakistanın ölkənin əsas hissəsindən ayrılması və Banqladeş adı ilə müstəqillik qazanması ilə nəticələnmişdir. 1973-cü ildə Pakistanda yeni konstitusiya qəbul olundu. Nəticədə, dörd vilayət və dörd federal ərazidən ibarət olan mərkəzi İslamabad şəhərində yerləşən federal hökumətin əsası qoyuldu. Yeni konstitusiyadakı bütün qanunların İslam qaydalarına uyğun olması əsas şərt hesab olunurdu.

Pakistan Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.