Osmanlı İmperiyası

Osmanlı Dövləti və ya Osmanlı İmperiyası (Osmanlı türkcəsində: دولت عالیه عثمانیه, Devlet-i Âliyye-i Osmaniyye ) — çoxmillətli və çoxdinli Türk dövləti. 1922-ci ildə səltənətin qaldırılması və monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cümhuriyyət olaraq davam etmişdir.

دولت عالیه عثمانیه
Devlet-i Aliyye-i Osmaniye
Osmanlı Dövləti və ya Osmanlı İmperiyası
27 yanvar 12991 noyabr 1922
Osmanlı bayrağı (1844-1922)
Gerbi
Şüarı: دولت ابد مدت
(Devlet-i Ebed-müddet)
(Əbədi dövlət)
1683-cü ildə Osmanlı Dövləti
Statusuİmperiya
PaytaxtıSöğüt (1302-1326)
Bursa (1326-1365)
Ədirnə (1365-1453)
Kostantiniyyə (1453-1922)
Rəsmi dilləriOsmanlı
Dini
İslam (Sünnilik)
İdarəetmə formasıMonarxiya
 İlk Sultan
Osman Qazi
(1299-1326 )
 Son Sultan
VI Mehmed
(1918-1922)
 İlk Sədrəzəm
Ələddini Paşa
(1320-1331)
 Son Sədrəzəm
Əhməd Tevfiq Paşa
(1920-1922)
Tarixi 
 Yaranması
27 yanvar 1299
 Süqutu
1 noyabr 1922
Ərazisi
 Ümumi
  • 5.200.000 km²
16835,200,000 km2 (2,000,000 sq mi)
19141,800,000 km2 (690,000 sq mi)
Əhalisi
 1856
35350000
 1914
18 520 000
ValyutasıAkçe, Kuruş, Lirə
Sələfi
Xələfi
Rum Sultanlığı
Türkiyə
Albaniya
Bolqarıstan Krallığı
Yuqoslaviya Krallığı
Rumıniya Krallığı
Yunanıstan
İndi tərkibindəAlbaniya Albaniya
Azərbaycan Azərbaycan
Bəhreyn Bəhreyn
BƏƏ BƏƏ
Bosniya və Herseqovina Bosniya və Herseqovina
Bolqarıstan Bolqarıstan
Əlcəzair Əlcəzair
Cibuti Cibuti
Eritreya Eritreya
Ermənistan Ermənistan
Efiopiya Efiopiya
Fələstin Fələstin
Mərakeş Mərakeş
Misir Misir
Gürcüstan Gürcüstan
Xorvatiya Xorvatiya
İraq İraq
İran İran
İsrail İsrail
İtaliya İtaliya
Kosovo Kosovo
Monteneqro Monteneqro
Qətər Qətər
Kipr Kipr
Küveyt Küveyt
Şimali Kipr Türk Respublikası Şimali Kipr Türk Respublikası
Liviya Liviya
Livan Livan
Macarıstan Macarıstan
Makedoniya Respublikası Makedoniya Respublikası
Moldova Moldova
Polşa Polşa
Rumıniya Rumıniya
Rusiya Rusiya
Serbiya Serbiya
Slovakiya Slovakiya
Sloveniya Sloveniya
Somali Somali
Sudan Sudan
Suriya Suriya
Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı
Tunis Tunis
Türkiyə Türkiyə
Ukrayna Ukrayna
Oman Oman
İordaniya İordaniya
Yəmən Yəmən
Yunanıstan Yunanıstan

Bu dövlətin qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Onu tarixi Türkiyədə və Balkan yarımadasında Osman Ağa (Osman Qazi) adlandırırdılar.

Әsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. Konstantinopolun adı dəyişdirilmiş və İstanbul adı verilmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə - II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyası Avropada Macarıstandan Anapaya, Asiyada Kiçik Asiyadan İraq, Azərbaycan və Cənubi Azərbaycanı əhatə etmişdir. Afrika qitəsində Şimali Əlcəzair, Liviya(Trablusqarp), Misir və Somali Osmanlı tabeçiliyinə keçmişdir.

Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi olan Osman bəy oğuzların qayı boyundandır. Osmanlının mahiyyətcə əsası 1077-ci ildə Səlcuqlular tərəfindən qurulan Türkiyə(Anadolu Səlcuqlu dövləti) dövlətinin tarixində ikinci mərhələni nəzərdə tutur. İmperiya qərbdə Türkiyə imperiyası olaraq tanınırdı.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.