Moskva

Moskva (rus. Москва) — Rusiya Federasiyasının paytaxtı, ölkəsinin federal əhəmiyyətli şəhəri, Mərkəz Federal Dairəsinin inzibati mərkəzi və Moskva vilayətinin (tərkibinə aid olmasa da) mərkəzi. 12 615 882 (2019) əhalisi ilə bu göstəriciyə görə Rusiyanın ən böyük şəhəri və subyektidir. Ərazisi bütövlüklə Avropada yerləşən şəhərlər içərisində ən çox əhaliyə maikdir, əhalisinin sayına görə dünya şəhərlərin onluğuna daxildir, dünyanın ən böyük rusdilli şəhəridir.

Paytaxt
Moskva
rus. Москва
Bayraq[d] Gerb[d]

55°45′21″ şm. e. 37°37′04″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 4 aprel 1147
Sahəsi
  • 2.562 ± 1 km²
Mərkəzin hündürlüyü 156 m
Saat qurşağı
  • Moskva vaxtı[d]
Əhalisi
Əhalisi
  • 12.692.466 nəf. (2020)
Rəsmi dili rusca
Rəqəmsal identifikatorlar
Telefon kodu 495, 499
Poçt indeksi 101001–135999
Nəqliyyat kodu 77, 97, 99, 177, 197, 199, 777 799
mos.ru (rus.) (ing.)
Moskva
 Vikianbarda əlaqəli mediafayllar

Böyük Moskva knyazlığı, Çar Rusiyası, Rusiya İmperiyası (1728—1730-cu illərdə), RSFSRSSRİ-nin paytaxtı olmuşdur. II Dünya müharibəsi dönəmində hərbi əməliyyatlarda fərqləndiyinə görə Qəhrəman şəhər statusunu almışdır.

Şərqi Avropa düzənliyində, OkaVolqa çayları arasında yerləşir. Rusiya Federasiyasının subyekti kimi MoskvaKaluqa vilayətləri ilə həmsərhəddir.

Moskva Rusiyanın məşhur turizm mərkəzidir. Burada yerləşən Kreml, Qırmızı meydan, Novodeviçi monastırı UNESCO Ümumdünya irsi siyahsına əlavə edilib. Şəhər mühüm nəqliyyat qovşağı sayılır, burada 6 aeroportl, 9 dəmir yolu vağzalları və 3 çay limanı var. 1935-ci ildən Moskvada metropoliten fəaliyyət göstərir. Moskva həmçinin ölkənin idman mərkəzi sayılır. 1980-ci ildə burada XXII Yay Olimpiya Oyunları, 2018-ci ildə isə futbol üzrə dünya çempionatı keçirilən şəhərlərdən biri olub.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.