Məhəmməd

Məhəmməd (ərəb. مُحمّد [mʊˈħæmmæd]; d. b.e 570 – ö. 8 iyun b.e 632) — ərəb dini və siyasi lider, İslamın qurucusu. İslam təliminə əsasən, əvvəl Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin təbliğ etdiyi monoteist təlimləri təsdiq və təqdim etmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd İslamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. Məhəmməd Ərəbistanı Quranİslam dininin əsasını meydana gətirən doktrinalar və tətbiqlər vasitəsi ilə vahid müsəlman dövləti olaraq birləşdirdi. Ona İslamda, Allahın elçisi, Allahın rəsulu, Allahın peyğəmbəri, İslamın axrıncı peyğəmbəri, Məhəmməd peyğəmbər və digər adlarla istinad edilir.

Muhamməd ibn Abdullah
ərəb. مُحمّد

"Muhamməd" sözünün ərəbcə yazılışı
Rütbə Peyğəmbər
Doğum tarixi 570
Doğum yeri
Vəfat tarixi 8 iyun 632 (62 yaşında)
Vəfat yeri
Qeyd edilir İslam
Əsas məbədi Peyğəmbər məscidi
Xatirə günü Mövlud bayramı
Rəmzləri Qırmızı qızılgül
Məhəmməd Vikimənbədə
 Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistanın Məkkə şəhərində doğuldu. O, altı yaşında yetim qaldı. Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyüdü. Babasının ölümündən sonra isə Əbu Talibin himayəsinə keçdi. Sonraki illərdə Məhəmməd ibadət üçün vaxtaşırı Hira adlanan bir mağaraya gedirdi. 40 yaşı olduqda, Məhəmməd Cəbrail tərəfindən ziyarət edildiyini və Allahdan ilk vəhyni aldığını bildirdi. Üç ildən sonra, 610-cu ildə, Məhəmməd bu vəhyləri təbliğ etməyə başladı. O, elan etdi ki, "Tanrı birdir", Tanrıya təslimiyyət (islam) doğru həyat yoludur və digər İslam peyğmbərləri kimi o da Tanrının elçisidir.

Başlanğıcda, Məhəmmədin ardıcılları az idi və onlar məkkəli politeistlərin düşmənçiliyinə məruz qalırdılar. O, və bəzi ardıcılları 622-ci ildə Məkkədən Mədinəyə (əvvəl Yəsrib olaraq adlandırılırdı) miqrasiya etmədən əvvəl, Məhəmməd 615-ci ildə bəzi ardıcıllarını təqibdən qorumaq üçün Aksum Krallığına göndərdi. Bu hadisə, hicrət, hicri təqvimi olaraq da bilinən İslami təqvimin başlanğıcına işarət edir. Məhəmməd Mədinədə qəbilələri Mədinə Konstitusiyası ilə birləşdirdi. Səkkiz il məkkəli qəbilələrlə aralıqlı olaraq dəvam edən müharibələrdən sonra Məhəmməd 10.000 müsəlman əskər yığıb Məkkə şəhərinə hücum etdi. Fəth böyük ölçüdə müharibəsiz keçdi və Məhəmməd şəhəri az qırğınla zəbt etdi. Məhəmməd vida həccindən qayıtdıqdan bir neçə ay sonra, 632-ci ildə, xəstələndi və vəfat etdi. Ölümünə qədər Ərəbistan yarımdasının əksəriyyəti İslam dinini mənimsədi.

Məhəmmədin ölümünə qədər qəbul etdiyini bildirdiyi quran ayətlərini meydana gətirən vəhylər (hər biri ayət olaraq adlandırılır, mənası "allahın işarəsi" deməkdir) müsəlmanlar tərəfindən Tanrının sözü olaraq adlandırılır və dinin əsası olaraq qəbul edilir. Qurandan başqa, Məhəmmədin Hədis və siyərdəki (bioqrafiya) təlimləri və tətbiqləri (sünnə) İslam hüququnun mənbələri olaraq dəstəklənir və istifadə edilir (bax. Şəriət).

Məhəmməd tarixdə 100 ən nüfuzlu şəxs siyahısında birinci sıradadır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.