Futbol

Futbol (ing. foot — ayaq ,ball —  top ) — hər biri 11 oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü. Dünyanın 200-dən çox ölkəsində 250 milyon futbolçu tərəfindən oynanılır, bu da onu dünyanın ən populyar idman növü edir. Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynalınır. Oyunun məqsədi mümkün qədər çox dəfə rəqib qapısına qol vurmaq və öz qapından qol keçirdməməyə çalışmaqdı.

Futbol
Ümumi məlumat
İcraçı qurum FİFA
İlk oyun 19 dekabr 1863-cü il, Limes Fild, Mortleyk, London, İngiltərə, Birləşmiş Krallıq
Xarakteristikaları
Tipi komanda oyunu
Cinsiyyətə görə kişi, qadın
Beynəlxalq arenada
Olimpiya oyunları daxildi

Qapıçılar əllə oynamaq icazəsi olan yeganə oyunçulardılar, bir şərtlə ki, onlar bunu öz qapılarının önündəki cərimə meydançasının daxilində edirlər. Digər oyunçular zərbə vurmaq və ya pas vermək üçün əsasən ayaqlarından istifadə edirlər, həmçinin onlar başlarını və bədənlərinin qoldan başqa hissələrini də istifadə edə bilərlər. Oyunu ən çox qol vuran komanda udur. Əgər hesab bərabər olarsa, yarışın formatından asılı olaraq ya heçheçə elan edilir, ya da oyun əlavə vaxtla və ya penaltilər seriyası ilə davam etdirilir. Futbolun qaydaları ilkin olaraq 1863-cü ildə İngiltərənin Futbol Assosiasiyası tərəfindən sistemləşdirilmişdir. Futbol beynəlxalq səviyyədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA; fr. Fédération Internationale de Football Association) tərəfindən tənzimləşdirilir, hansı ki hər 4 ildən bir kişilərqadınlar üçün Dünya Çempionatlarını təşkil edir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.