Cənubi Koreya

Cənubi Koreya Respublikası (대한민국 / 大韓民國 / Dae Han Min Quk) — Şərqi Asiyada Koreya yarımadasıda yerləşən dövlətdir.

Koreya Respublikası

대한민국
大韓民國
Cənubi Koreya
15 avqust 1948
Gerbi
Himni: 애국가
PaytaxtıSeul
Ən böyük şəhəriBusan, Dəjeon, İnçeon,
Ulsan, Dəgu, Quanqju
Rəsmi dilləriKoreya dili
İdarəetmə formasıPrezident Respublikası
 Prezident
Mun Çje İn
 Baş nazir
Hvan Köan
Qurulması
Tarixi 
 Müstəqillik
15 avqust 1945
 Yaranması
15 avqust 1948
Ərazisi
 Ümumi
100210
 Su (%)
0,3%
Əhalisi
 2016 təxmini
50,801,405 (27)
 2010 siyahıya alma
48 580 293
 Sıxlıq
507/km2 (1,313.1/sq mi) (23)
ÜDM (AQP)2016 təxmini
 Ümumi
1,929 trilyon (13)
 Adam başına
37,948 (28)
ÜDM (nominal)2016 təxmini
 Ümumi
1.404 trilyon (11)
 Adam başına
29,730 (2017) (27)
İİİ (2015)0.901
çox yüksək · 18
ValyutasıCənubi Koreya vonu (KRW)
Yolun hərəkət istiqamətisağ
Telefon kodu82
ISO 3166 koduKR
İnternet domeni.kr

Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, YaponiyaŞimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir.

Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında – icraedici, məhkəmə və qanunverici hakimiyyətləri – bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var.

Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.

1948-ci ildə qəbul olunmuş konstitusiyaya sonrakı illərdə bəzi dəyişikliklər edilib. 1980-ci illərə kimi bir neçə hərbi diktatura hakimiyyətini sinaqdan keçirmiş Koreya Respublikası hazırda müvəffəqiyyətlə liberal demokratiyanı inkişaf etdirməkdədir, 188-dən çox ölkə ilə diplomatik əlaqə saxlayır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.