Birləşmiş Millətlər Təşkilatı

Birləşmiş Millətlər Təşkilatı, BMT (ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Vatikan BMT-nin üzvü deyil.

Birləşmiş Millətlər Təşkilatı
BMT

ərəb. الأمم المتحدة
ing. United Nations Organization
fr. Organisation des Nations Unies

çin 联合国 / 聯合國
isp. Organización de las Naciones Unidas
rus. Организация Объединённых Наций
Növü Beynəlxalq
Yaranma tarixi 26 iyun 1945
Qeydiyyat tarixi 24 oktyabr 1945
Rəsmi dili ərəb, çin, ingilis, fransız, rus, ispan
Mərkəzi Nyu-York, ABŞ
Sədri Antoniu Quterreş
Üzvləri 193 ölkə
UN.Org
 Vikianbarda əlaqəli mediafayllar

BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır.

BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi.

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.

Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin - onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

Birləşmiş Millətlər Təşkilatı aşağıdakı qurumlardan ibarətdir:

  • Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər.
  • BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.