Belarus

Belarus Respublikası (belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə LitvaLatviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç PospolitaRusiya İmperiyası kimi dövlətlər hökmranlıq etmişdir.

Belarus Respublikası

belar. Рэспубліка Беларусь
Belarus
25 avqust 1991
Himni: "Biz belarusuq", belar. "Мы, беларусы"
Paytaxtı
və ən böyük şəhəri
Minsk
Rəsmi dilləriBelorus, Rus
Etnik qrupları
belorus — 83,7%, rus — 8,3%, polyak — 3,1% (2009)
İdarəetmə formasıPrezident respublikası
 Prezident
Aleksandr Lukaşenko
[ 20.VII.1994 ]
 Baş Nazir
Andrey Kobyakov
Qurulması
Tarixi 
 SSRİ-dən müstəqillik:
25 avqust 1991
 Yaranması
25 avqust 1991
Ərazisi
 Ümumi
207560 (86-cı)
 Su (%)
2,5
Əhalisi
 2017 təxmini
9 505 000 (92-ci)
 2009 siyahıya alma
9 503 807
 Sıxlıq
46/km2 (119.1/sq mi)
ÜDM (AQP)2014 təxmini
 Ümumi
172,3 milyard (66-cı)
 Adam başına
18 200 (87-ci)
ValyutasıBelarus rublu (BYR)
Yolun hərəkət istiqamətisağ
Telefon kodu375
ISO 3166 koduBY
İnternet domeni.бел .by

1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919-1921-ci illərdə baş vermiş Polşa-Sovet müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı. Belarusun müasir sərhədləri isə 1939-cu ildə tam olaraq formalaşdı. İkinci dünya müharibəsi ərzində baş tutmuş hərbi əməliyyatlar Belarusa çox böyük ziyan vurdu. Belə ki, bu müharibə nəticəsində Belarus əhalisinin təqribən üçdə bir hissəsini və iqtisadi resurslarının yarısından çoxunu itirdi. Respublika müharibədən sonrakı dövr ərzində tədricən inkişaf etməyə başladı. Belorusiya SSR Sovet İttifaqının tərkibində olan Ukrayna SSR ilə birlikdə 1945-ci ildə əsası qoyulan Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur.

27 iyul 1990-cı ildə Belarus Respublikasının parlamenti ölkənin suverenliyi barədə qərar qəbul etdi və 25 avqust 1991-ci il tarixində Sovet İttifaqının dağılması prosesi ərzində öz müstəqilliyini elan etdi. Aleksandr Lukaşenko 1994-cü ildən etibarən ölkənin ilk prezidenti olaraq xidmətini davam etdirir. Hal-hazırda Sovet dövründə olduğu kimi ölkə iqtisadiyyatının əsas hissəsi dövlət mülkiyyəti hesab olunur. Belarus hazırda Avropada ölüm hökmü cəzasından imtina etməyən yeganə dövlətdir.

2000-ci ildə Belarus və Rusiya dövlətləri arasında imzalanan müqavilə nəticəsində Birlik Dövləti formalaşmışdır. Belarus əhalisinin 70%-dən çoxu urbanizasiyalaşmış ərazilərdə yaşayır. Etnik cəhətdən əhalinin 80%-dən çoxunu beloruslar, qalan hissənin böyük bir qismini isə etnik ruslar, polyaklarukraynalılar təşkil edir. 1995-ci ildə baş tutmuş referendumdan sonra ölkədə iki rəsmi dil var: belarus dilirus dili. Belarus Konstitusiyasına əsasən heç bir din rəsmi dövlət dini olaraq qəbul olunmasa da, əhalinin əksəriyyəti xristianlığın pravoslavlıq cərəyanına etiqad edir. BMT-nin qurucu üzvlərindən biri olan Belarus, həmçinin Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi BirliyiQoşulmama Hərəkatının üzvüdür. Belarus Avropa İttifaqına qoşulmağa cəhd etməsə də, bu təşkilatla ikitərəfli əməkdaşlığa sahibdir və Aİ-nin iki layihəsində (Şərq TərəfdaşlığıBakı Təşəbbüsü) iştirak edir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.