Azərbaycanlılar

Azərbaycanlılar (azərb-ərəb: آذربایجانلیلار) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk etnik qruplarından biri. Azərbaycanlılar Anadolu türklərindən sonra ən çoxsaylı türk etnik qrupudur.

Azərbaycanlılar
Ümumi sayı
35 – 45 milyon
Yaşadığı ərazilər
İran 20,0–26,7 milyon
25-33%
(2015)
Azərbaycan 9,973 milyon
91.6 %
(2016)
İraq 0,7–4,55 milyon
2–13 %
(2015)
Türkiyə 777 min
1.0 %
(2015)
Suriya 3,5 milyon
15.22 %
(2011)
Rusiya 603,070
0.42 %
(2010)
Gürcüstan 285 min
6.51 %
(2002)
Əfqanıstan 286 min
1.0 %
(2015)
Diaspora
Qazaxıstan 99 min
0.57 %
(2014)
Ukrayna 45 min
0.09 %
(2001)
Türkmənistan 36,586
0.82 %
(1995)
Özbəkistan 36 min
0.15 %
(2000)
Qırğızıstan 16,745 (2009)
Dili

Azərbaycan dili

Dini

İslam

Qohum xalqlar

Linqvistik: Türkdilli xalqlar
Antropoloji Qafqaz xalqları

Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı) və Türkiyə (Qarsİğdır), İraq ərazisində yaşayırlar.

Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər.

Azərbaycan dilində danışırlar.

Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində).

Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.