Azərbaycan dili

Azərbaycan dili (Azərbaycanca, Azərbaycan türkcəsi, tarixi adı: Türk dili və ya Türkcə) — Azərbaycan RespublikasınınRusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir.Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.

Azərbaycan dili
Orijinal adı Azərbaycan dili (Azərbaycan türkcəsi və ya türkcə) آزربايجان تورکجه سى , (İranda), Азәрбајҹан дили (Dağıstanda)
Ölkələr Azərbaycan, İran, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya, ABŞ, İraq, Türkiyə, Suriya, Qazaxıstan
Regionlar İran : Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Qum ostanlarında; qismən Mərkəzi, Gilan, Kürdüstan; MazandaranRəzavi Xorasan ostanlarında; Tehran, Kərəc, Məşhəd şəhərlərində.
Gürcüstanda: Marneuli, Bolnisi, Dmanisi, Qardabani; yığcam halda Saqareco, Kaspi, Mtsxeta, Salka, Laqodexi, Kareli, Tetri-Skaro, Qori, Telavi; eləcə də Tbilisi, Rustavi, Dedoplis-Skaro şəhərlərində.
Rusiyada: yığcam halda Dağıstanda (Dərbənd, Tabasaran, Rutul, Qızılyar rayonlarında); eləcə də Rusiyanın bir çox digər şəhərlərində.
Türkiyədə: kompakt halda Qars, İğdır, Ərdəhan, Ərzurum illərində; eləcə də Türkiyənin bir çox digər şəhərlərində.
İraqda: türkmanların dili
Rəsmi status

Azərbaycan
Rusiya

Dağıstan
Danışanların ümumi sayı 45-50 milyon
Reytinq 30
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Altay dilləri

Türk dilləri
Oğuz dilləri
Yazı latın əlifbası (Azərbaycanda)
kiril əlifbası (Dağıstanda)
ərəb əlifbası (İranda)
Dil kodları
QOST 7.75–97 азе 025
ISO 639-1 az
ISO 639-2 aze
ISO 639-3 aze, azj, azb, qxq, slq
Dilin strukturlarının dünya atlası aze
Ethnologue aze
ABS ASCL 4302
IETF az
Glottolog azer1255
 Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

  1. Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
  2. Qərb dialekti - Qarabağ və Qarabağətrafı rayonların dialektləri
  3. Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
  4. Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri

Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.