Azərbaycan Sovet Sosialist Respublikası

Azərbaycan Sovet Sosialist Respublikası (azərb-kiril: Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaydjanskaya Sovetskaya Soçialistiçeskaya Respublika), Azərbaycan Sovet Sosialist Cümhuriyyəti (azərb-ərəb: آذربایجان سوسیالیست شورﺎ جومهوریتی, Azərbajcan Sosjalist Зyra Cumhyrijjəti), qısaca Azərbaycan SSR (azərb-kiril: Азәрбајҹан ССР, rus. Азербайджанская ССР), AzSSR (azərb-kiril: АзССР) və ya Sovet Azərbaycanı (azərb-kiril: Совет Азәрбајҹаны, rus. Советский Азербайджан) — Cənubi Qafqazın şərq hissəsində dövlət qurumu (1920-22, 1936-91), SSRİ tərkibində mövcud olmuşdur. Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Demokratik Respublikasının bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Demokratik Respublikası rəhbərlərinə qarşı terror başlandı.

Азербайджанская Советская Социалистическая Республика
آذربایجان سوسیالیست شورﺎ جومهوریتی
Azərbajcan Sosjalist Зyra Cumhyrijjəti
Азәрбајҹан Совет Сосиалист Республикасы
Azərbaycan Sovet Sosialist Respublikası
28 aprel 192030 avqust 1991
Azərbaycan SSR-in bayrağı
(1952—1991)
Gerbi
Şüarı: Бүтүн өлкәләрин пролетарлары, бирләшин!
(Bütün ölkələrin proletarları, birləşin!)
PaytaxtıBakı
Ən böyük şəhəriKirovabad (Gəncə), Sumqayıt, Mingəçevir
Rəsmi dilləriazərbaycanca rusca
Dini
İslam
İdarəetmə formasıSovet respublikası
Tarixi 
 Yaranması
28 aprel 1920
 Süqutu
30 avqust 1991
Ərazisi
 Ümumi
86,6 min. km2
SSRİ-də 9-cu
Əhalisi
 Təxmini
7,137,000
SSRİ-də 6-cı
ValyutasıAzərbaycan rublu (1920—1923)
SSRİ rublu (1923—1991)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.