Avstriya

Avstriya (alm. Österreich), rəsmi adı Avstriya Respublikası (alm. Republik Österreich) – Mərkəzi Avropada bir dövlət. Dövlətin adı qədim alman dilindən tərcümədə Ostarrichi — " şərqi ölkə " deməkdir.

Avstriya Respublikası

Republik Österreich
Avstriya
12 noyabr 1918
Gerbi
Himni: "Land der Berge, Land am Strome"
Paytaxtı
və ən böyük şəhəri
Vyana
48°12′ şm. e. 16°21′ ş. u.
Rəsmi dillərialman dili və s.
Etnik qrupları
avstriyalılar-91%, keçmiş yuqoslavlar -4%, türklər -1,6%, almanlar -0,9%.
İdarəetmə formasıParlament respublikası
 Prezident
Alexander van der Bellen
 Kansler
Brigitte Bierlein
Yaranması12 noyabr 1918
Tarixi 
 Aİ-yə qəbul
1 yanvar 1995
 Yaranması
12 noyabr 1918
Ərazisi
 Ümumi
83871 (114-cü yer)
 Su (%)
1,7
Əhalisi
 2015 təxmini
8 440 min (95-ci yer)
 15.V.2001 siyahıya alma
8 032 926
 Sıxlıq
100/km2 (259.0/sq mi)
ÜDM (AQP)2014-cü il təxmini
 Ümumi
395 milyard (46)
 Adam başına
46 400 (25-ci yer)
İİİ (2013)0.895
çox yüksək · 18-ci yer
ValyutasıAvro (EUR)
Saat qurşağıUTC+1
Yolun hərəkət istiqamətisağ
Telefon kodu43
ISO 3166 koduAT
İnternet domeni.at, .eu

Şimaldan Çexiya (362 km sərhəd uzunluğu), şərqdən Slovakiya(91 km) və Macarıstan (366 km), cənubdan Sloveniya (330 km) və İtaliya (430 km), qərbdən İsveçrə (164 km), Lixtenşteyn (35 km) və Almaniya (784 km) ilə həmsərhəddir.

Paytaxtı Vyana şəhəridir. Ölkə 9 federal torpaqdan və ya vilayətdən (Aşağı Avstriya, Burqenland, Forarlberq, Karintiya, Ştiriya, Tirol, Yuxarı Avstriya, Vyana və Zaltsburq) ibarətdir.

Dövlət bayrağındakı qırmızı rəng Avstriya Respublikasının azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir.Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından biridir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.