Avropa

AvropaAfrikanın şimalında, Asiyanın qərbində, Atlantik okeanının şərqində yerləşən qitə. Sahəsi 10,523,000 km²-ə bərabərdir.

"Avropa" sözü sami dillərində Erep (yaxud İrib), "günəşin batdığı tərəf" mənasını verir. Finikiyalılardan yunanlara keçən bu ad, yunanca "Europa" olmuş və Egey dənizindən qərbdə yerləşən ölkələrə deyilmişdir.

Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, ŞabranXaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayı ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır.Bakının "Qoşa Zapravka" adlanan hissəsi Avropa ilə Asiyanı ayıran şərti sərhəddir. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.