Almaniya

Almaniya (alm. Deutschland [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland) — MərkəziQərbi Avropada yerləşən federativ parlament respublikasıdır. Şimaldan BaltikŞimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən PolşaÇex Respublikası, cənubdan Avstriyaİsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, BelçikaNiderlandla həmsərhəddir.Nüfüzu təxminən 83 milyondur ki,bu da avropanın ən böyük (Rusiyadan sonra) nüfuzudur.Almaniya həm də ABŞ dan sonra dünyada ən çox köç edilən ölkədir.

Almaniya Federativ Respublikası

alm. Bundesrepublik Deutschland
Almaniya
Gerbi
Şüarı: Einigkeit und Recht und Freiheit
"Birlik və Ədalət və Azadlıq"
Himni: 
Das Lied der Deutschen
Paytaxtı
və ən böyük şəhəri
Berlin
52°31′ şm. e. 13°23′ ş. u.
Rəsmi dillərialman dili
Etnik qrupları
almanlar
İdarəetmə formasıFederativ parlament respublikası
 Prezident
Frank-Valter Ştaynmayer
 Kansler
Angela Merkel (CDU)
Qurulması
 Aİ-yə qəbul
25 mart 1957
Ərazisi
 Ümumi
357021 (63-cü yer)
Əhalisi
 2011 təxmini
81,843,743 (15-ci)
 Sıxlıq
229/km2 (593.1/sq mi) (55-ci yer)
ÜDM (AQP)2012 təxmini
 Ümumi
3.467 trilyon ABŞ dolları (5-ci)
 Adam başına
40.678$
ÜDM (nominal)2010 təxmini
 Ümumi
3.332 milyard ABŞ dolları (4)
ValyutasıAvro (EUR)
Yolun hərəkət istiqamətisağ
Telefon kodu49
ISO 3166 koduDE
İnternet domeni.de

Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir. Paytaxtıən böyük metropolisi Berlin olsa da, ölkənin əsas maliyyə mərkəzi və ən məşğul hava limanı Frankfurtdur. Almaniyanın digər böyük şəhərlərinə Hamburq, Münxen, Köln, Ştuttqart, Düsseldorf, Leypsiq, Drezden, Bremen, HannoverNürnberq aiddir.

Müasir Almaniyanın şimal hissələri antik dövrlərdən etibarən qədim germanlar tərəfindən məskunlaşılmışdır. Miladi tarixlə 100-cü ildən əvvəl həmin region orada məskunlaşan tayfaların adı ilə Germaniya olaraq adlandırılmışdır. Xalqların böyük köçü ərzində german tayfaları cənub istiqamətində də yayılmışdırlar. 10-cu əsrin başlanğıcından etibarən alman əraziləri Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olmuşdur. 16-cı əsr ərzində Şimali Almaniya regionları protestant reformasiyasının mərkəzi rolunu oynamışdır. Müqəddəs Roma İmperiyasının dağılmasından sonra, 1815-ci ildə Almaniya ittifaqı formalaşmışdır. Almaniyada 1848-1849-cu illər inqilabı Frankfurt Parlamentində mühüm demokratik hüquqların təsis edilməsi ilə nəticələnmişdir.

1871-ci ildə bir çox alman dövlətinin (İsveçrə və Avstriya istisna olmaqla) birləşməsi ilə Prussiya rəhbərliyində Almaniya İmperiyası yaradılmışdır. Birinci dünya müharibəsindən sonra, 1918-1919-cu illərdə baş vermiş inqilab nəticəsində imperiya parlamentli Veymar Respublikası ilə əvəzlənmişdir. 1933-cü ildə nasistlərin hakimiyyəti ələ keçirməsi ilə ölkədə diktatorluq rejimi qurulmasının ardınca, Avstriya anneksiya olundu və İkinci dünya müharibəsi başladı. Avropada İkinci dünya müharibəsinin başa çatması və Almaniyanın müttəfiq qoşunların işğalı altına düşməsindən sonra, Avstriya yenidən müstəqillik əldə etdi və iki yeni alman dövləti yaradıldı: Amerikan, ingilis və fransız işğal zonasında Qərbi Almaniya, Sovet işğal zonasında isə Şərqi Almaniya. 1989-cu il inqilabının ardınca, Mərkəzi və Şərqi Avropada kommunist idarəçiliyinə son qoyulmuş və 3 oktyabr 1990-cı ildə Almaniya yenidən vahid dövlət halında birləşmişdir.

Bugün suveren dövlət olan Almaniya kansler tərəfindən rəhbərlik olunan federal, parlamentli respublikadır. Güclü iqtisadiyyata sahib olan Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə dördüncü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə beşinci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür. İnkişaf etmiş ölkə kimi yüksək həyat standartlarına, sosial təhlükəsizlik və universal səhiyyə sisteminə, təbiətin mühafizəsi və pulsuz ali təhsil sisteminə sahibdir.

Almaniya Federativ Respublikası 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşkilatların da üzvüdür. Zəngin mədəni tarixi ilə məşhur olan bu ölkə təsirli və uğurlu rəssamların, filosofların, musiqiçilərin, idmançıların, sahibkarların, alimlərin, mühəndislərin və ixtiraçıların ev sahibi olmağa indi də davam edir. Ümumdünya irsi siyahısına daxil olan mədəni abidələri ilə zəngin olan Almaniya dünyanın əsas turizm məkanlarından biri hesab olunur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.