Özbəkistan

Özbəkistan (özb. O‘zbekiston Respublikasi) — Asiyada dövlət.

Özbəkistan Respublikası

O‘zbekiston Jumhuriyati
Özbəkistan
1991
Himni: 
PaytaxtıDaşkənd
Ən böyük şəhəriDaşkənd, Səmərqənd, Buxara
Rəsmi dilləriÖzbək dili
İdarəetmə formasıPrezident respublikası
 Prezident
Şavkat Mirziyoyev
 Baş nazir
Abdulla Oripov
Qurulması
Tarixi 
27 oktyabr 1924
 Özbəkistan Respublikası
8 dekabr 1991
 Yaranması
1991
Ərazisi
 Ümumi
448.978 km² (173.351 m²) (56[2])
 Su (%)
4.90
Əhalisi
 2014 təxmini
31 022 500 (44[4])
 1989 siyahıya alma
19 810 077
 Sıxlıq
658/km2 (1,704.2/sq mi) (136-cı yer)
İİİ (2007)0.617
orta · 102-ci
ValyutasıSum (UZS)
Yolun hərəkət istiqamətisağ
Telefon kodu998
ISO 3166 koduUZ
İnternet domeni.uz

Özbəkistan Mərkəzi Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşir. Şimal-şərqdə Qırğızıstan, şimal və şimal-qərbdə Qazaxıstan, cənub-şərqdə Tacikistan, cənub və cənub-qərbdə isə TürkmənistanƏfqanıstanla həmsərhəddir. Paytaxtı Daşkənd şəhəridir. Daşkənd aeroportu, Səmərqənd dəki Bibixanım məscidi islam aləmində və Mərkəzi Asiyada yerləşən məscidlərdən ən böyüyüdür. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir.

Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz "imzasını" qoyub. Ən mühüm şəhərləri Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahi Zində məqbərəsi, əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir mavzoleyi, Ağ-Saray, Reqistan meydanı nın adını çəkmək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.