Çin Xalq Respublikası

Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا) - Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, ŞanxayÇuntsin) həmçinin HonkonqMakao xüsusi inzibati bölgələrindən ibarətdir.

Çin Xalq Respublikası

中华人民共和国
Çin
1 oktyabr 1949
Gerbi
'Himni: ''义勇军进行曲'
Çin Xalq Respublikası himni
PaytaxtıPekin
Ən böyük şəhəriŞanxay, Pekin, Quançjou
Rəsmi dilləriÇin dili
Etnik qrupları
91.51% Han 55 azlıq
İdarəetmə formasıTək partiyalı sosialist Respublika
 Prezident
Si Tsinpin
 Baş Nazir
Li Keqianq
 Birinci vitse-prezident
Zhanq Qaoli
Qurulması
Tarixi 
 Respublikanın qurulması
1 yanvar 1912
 Yenidən Xalq Respublikası elan olunması
1 oktyabr 1949
 Yaranması
1 oktyabr 1949
Ərazisi
 Ümumi
9596960 (3-ci)
 Su (%)
3,8
Əhalisi
 2021 təxmini
1,403,500,365 milyard (1-ci)
 2010 siyahıya alma
3,000,000,000
 Sıxlıq
145/km2 (375.5/sq mi) (83-cü)
ÜDM (AQP)2018 təxmini
 Ümumi
25.102 trilyon ABŞ dolları (1-ci)
 Adam başına
17,943 $ (77-ci)
ÜDM (nominal)2018 təxmini
 Ümumi
13.118 trilyon ABŞ dolları (2-ci)
 Adam başına
9,376 $ (74-cü)
İİİ (2015)0,738
yüksək · 90-cı
ValyutasıYuan (CNY)
Saat qurşağı+8
 Yay (DST)
+8
Yolun hərəkət istiqamətisağ
Telefon kodu+86
ISO 3166 koduCN
İnternet domeni.cn

Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4673 km Monqolustanla, cənub -şərqdən Aominla (Makao) 34 km məsafədə sərhədə malikdir.

Şimali Çin ovalığı ərazisindən keçən Sarı çay hövzəsi insanlar tərəfindən ilk dəfə məskunlaşmış yerlərdən biri hesab olunur. Eramızdan əvvəl 21-ci əsrdən etibarən minilliklər boyunca Çin yarım əfsanəvi Sya sülaləsi və digər irsi monarxiyalar və xanədanlıqlar tərəfindən idarə olunmuşdur. Eramızdan əvvəl 3-cü əsrdə Tsin sülaləsi digər xanədanlıqlara qalib gələrək vahid Çin imperiyasının əsasını qoymuşdur. Onların ardınca hakimiyyətə gələn və eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər ölkəni idarə edən Han sülaləsinin zamanında kağızkompas kəşf olunmuş, kənd təsərrüfatı və tibb sahələrində irəliləyiş qeydə alınmışdır. Tan sülaləsinin hakimiyyəti dövründə (618-907) isə barıt və çap etmənin kəşf olunması nəticəsində Dörd böyük ixtira tamamlandı. Tan mədəniyyəti Böyük İpək yolu sayəsində MesopotamiyaAfrika buynuzuna qədər geniş ərazilərə yayılmışdır. 1912-ci ildə baş vermiş Tsinxai inqilabı nəticəsində xanədanlıq hakimiyyətinə son qoyuldu və Tzin sülaləsi hakimiyyətdən düşdü. Çin vətəndaş müharibəsi 1949-cu ildə ölkənin parçalanması ilə nəticələndi. Ölkənin qitə hissəsində Çin Kommunist Partiyasının rəhbərliyi ilə Çin Xalq Respublikasının qurulduğu bir vaxtda Tayvan adasında Homindan partiyasının rəhbərliyi altında Çin Respublikasının yaradıldığı elan olundu. Hal-hazırda da Çin Xalq Respublikası və beynəlxalq ictimaiyyət tərəfindən məhdud səviyyədə tanınmış Çin Respublikası arasındakı münaqişə davam edir.

1978-ci ildə Çində qəbul edilmiş iqtisadi islahatlar nəticəsində Çin iqtisadiyyatı hər il orta hesabla 6 faizlik artımla dünyanın ən tez böyüyən iqtisadiyyatıdır. 2016-cı ilə olan məlumata əsasən ÜDM-nin həcminə görə dünyada ikinci, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə ilk yeri tutmuşdur. Çin, həmçinin dünyada ən böyük ixracatçı və ikinci ən böyük idxalatçı hesab olunur. Ölkə hazırda nüvə dövləti olaraq tanınır və dünyanın ən böyük ordusuna sahibdir. Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin Şanxay Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, BRICSG20 də daxil olmaqla bir çox təşkilatın aparıcı üzvüdür. Ölkə dünya miqyasında potensial super güc hesab olunur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.