Hamının redaktə edə biləcəyi açıq ensiklopediya olan
Hazırda Azərbaycan dilində 146.064 məqalə mövcuddur.
  • Azərbaycan
  • Teatr
  • Coğrafiya
  • Ədəbiyyat
  • Fəlsəfə
  • Astronomiya
  • Tibb
  • Biologiya
  • Memarlıq
  • Kino
  • Elm
  • Digər portallar
Kirpi Sonik — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" video oyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog).

Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.

Kirpi Sonikin yaradımasında "Sega" şirkətindəki bir çox şəxsin səyi olsa da, proqramçı Yuci Naka və rəssam Naoto Oşima personajların əsas müəllifləri hesab edilirlər. Orijinal "Sonic the Hedgehog" video oyunu "Sega" şirkətini "Nintendo" şirkətinin flaqman personajı olan Marionun rəqibi olacaq və Aleks Kidd (ing. Alex Kidd) personajını əvəzləyəcək bir talisman ilə təmin etmək üçün 1991-ci ilin iyun ayında satışa çıxarılmışdır.


(Davamı...)

Laptevlər dənizi — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan dəniz. Sibirin şimalında, Taymır yarımadası, Şimal Torpağı (qərb) və Yeni Sibir adaları (şərq) arasında yerləşir. Dəniz rus qütb tədqiqatçıları, iki əmioğlu Dmitri və Xariton Laptevlərin şərəfinə adlandırılmışdır. Dəniz sərt kontinental iqlimə və 0° C-dən aşağı temperatura malikdir. Bütün Arktik dənizlərdə olduğu kimi duzluğu nisbətən zəifdir. İlin on ayı buzla örtülü olur. Əsasən avqust və sentyabr ayları buzdan azad olur. Kasıb flora və faunaya malikdir.

Adalarının bir çoxunda yaxşı qalmış mamont qalıqları vardır. Dəniz dibində zəngin faydalı qazıntıların olması ehtimalı yüksəkdir. Üstəlik o Şimal dəniz yolu üzərində yerləşir. Balıqçılıq və ov az miqdarda həyata keçirilsə də sənaye əhəmiyyəti yoxdur. (Davamı...)

Vikipediya məqalələrindən
Paddy
  • Kiborq termini ilk dəfə 1960-cı ildə Manfred Klaynes və Natan Klin tərəfindən səsləndirilib.
  • Ümumilikdə 126 milyon Nokia 3310 telefonu satılmışdır.
  • Araqon kralı II Ferdinand (şəkildə) 1502-ci ildə ölkədəki müsəlmanların din azadlığını açıqca ləğv edərək 1492 Əlhambra fərmanının şərtlərini pozdu.
  • Kriştiano Ronaldo adını atası Ronald Reyqanın şərəfinə ABŞ-ın keçmiş prezidentinin adına uyğunlaşdırıb.
  • XVI əsrdə PortuqaliyaAlmaniyadan yəhudilər, Fransadan isə hugenotlar Amsterdama mühacirət etmişlər.
 
  • Finlandiya Formula-1 pilotu Valtteri Bottas (şəkildə) Azərbaycan Qran-prisinin qalibi olub.
  • Çinin Tibet muxtar regionunda dəniz səviyyəsindən 4750 metr yüksəklikdə, dünyanın ən yüksək ərazisində yerləşən avtomobil tuneli istifadəyə verilib.
  • UNICEF-in Gürcüstanda apardığı tədqiqatda iştirak edən uşaqların 41 faizinin qanında qurğuşun tərkibi yüksək çıxıb.
  • Vaşinqtonda yerli xüsusi xidmət orqanları tərəfindən casusluqda ittiham edilərək tutulan Rusiya vətəndaşı Mariya Butina 18 ay azadlıqdan məhrum edilib.
  • "Hektar Nektar" şirkətin məlumatına görə, hazırda Vyana dünyada ən çox bal arısının yaşadığı şəhərdir.


Son ölümlər: Elina Bıstritskaya, Georgi Daneliya, Rövşən Almuradlı

1 may: İlk kriket matçı, Londonda böyük sərgi
Kraliça Viktoriya
  • 1751 — Tarixdə ilk kriket matçı Amerikada oynanmışdır.
  • 1851 — Kraliça Viktoriya Londonda böyük sərgi təşkil etdirmişdir.
  • 1865Braziliya imperiyası, UruqvayArgentina üçlü ittifaqa imza atmışlar.
  • 1884 — Moses Flitvud Uolker ABŞ-da professional beysbol oynayan ilk qara dərili oyunçu idi.
  • 1930 — Cırtdan planet Pluton rəsmi olaraq adlandırılmışdır.
  • 1948 — Koreya Xalq Demokratik Respublikasının əsası qoyulur.
  • 1977İstanbulda Taksim meydanında Əmək Günü qeyd edilən zaman 36 nəfər qətlə yetirilib.
  • Digər günlər: 30 aprel 1 may 2 may

    Hazırda 1 may 2019 (UTC)
    Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — Bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.

    Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır.

    • Vikipediyaçılar
    • Beş əsas prinsip
    • Qaralama dəftəri
    • Şablonlar
    • Yeni başlayanlar üçün təlimat
    • Tez-tez soruşulan suallar
    Vikipediya
    Vikimedia Fondunun digər layihələri
    Vikianbar
    Ortaq media anbarı
    Vikixəbər
    Azad xəbər mənbəyi
    Vikilüğət
    Lüğət
    Mediaviki
    Viki proqram təminatının təkmilləşdirilməsi
    Vikisitat
    Sitatlar
    Vikikitab
    Azad dərsliklər və təlimat kitabları
    Vikimənbə
    Azad kitabxana
    Vikiverilənlər
    Ortaq verilənlər bazası
    Vikinövlər
    Bioloji növlərin sistematikası
    Vikiversitet
    Viki Universitet
    Meta-Viki
    Vikimedia koordinasiya mərkəzi
    Vikisəyahət
    Azad səyahət soraqçası

    |-

    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd   Çuvaş   Krım-tatar   Qaqauz   Qaraçay-balkar   Qaraqalpaq   Qazax  

    Qırğız   Özbək  Tatar   Tıva   Türk   Türkmən   Uyğur   Yakut

    Vikipediya digər dillərdə
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.