Amerika

Amerika[1][2] — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 kv.km dir.

Amerika qitəsi

Tarix

Xristofor Kolumb 1492-ci ildə Amerika qitəsini Avropa üçün kəşf etmişdir. Kolumbun əsas məqsədi Hindistana gedən qısa dəniz yolunu kəşf etmək idi. Kolumb Amerika sahillərinə dörd dəfə səyahət etmişdir. Lakin o ömrü boyu buranın Hindistan olduğunu sanmışdır və onun ilk olaraq kəşf etdiyi adalar indi də "Vest İnd " - Qərbi Hindistan adlandırılmaqdadır. Kolumbla birlikdə səyahət etmiş xəritəşünas Ameriqo Vespuççi isə bu torpaqların yeni bir qitə olduğunu söyləmişdir. Bu səbəbdən yeni kəşf edilən qitə Ameriqo Vespuççinin şərəfinə Amerika adlandırılmışdır.

İstinadlar

  1. america - Definition from the Merriam-Webster Online Dictionary. Retrieved on January 27, 2008.
  2. america. Dictionary.com. The American Heritage Dictionary of the English Language, Fourth Edition. Houghton Mifflin Company, 2004. dictionary.reference.com (accessed: January 27, 2008).

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.