Almaniya

Almaniya (alm. Deutschland [ˈdɔʏtʃlant], rəsmi adı: Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikasıdır. Tərkibində 16 müttəfiq torpaq (əyalət) mövcuddur. Ərazisi 357 021 kv. km. təşkil edir. Təbiəti kifayət qədər mülayimdir. Əhalisinin sayı 82 milyon olan Almaniya Avropa İttifaqının ən çox insan yaşayan ölkəsidir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir[2][3]. Paytaxtı və ən böyük şəhəri Berlindir. Ən çox insan yaşayan bölgəsi əsas mərkəzləri Dortmund və Essen şəhərləri olan Rur bölgəsidir. Digər böyük şəhərləri Hamburq, Münxen, Köln, Frankfurt, Ştutqart, Düseldorf, Leypsiq, Bremen, Drezden, Hannover və Nürnberq şəhərləridir. Şimalda Şimal dənizi, Danimarka və Baltik dənizi, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriyaİsveçrə, qərbdə isə Fransa, Lüksemburq, Belçika və Hollandiya ilə həmsərhəddir.

Almaniya Federativ Respublikası
alm. Bundesrepublik Deutschland
Almaniya
Bayrağı
Gerbi
Şüar: Einigkeit und Recht und Freiheit
"Birlik və Ədalət və Azadlıq"
Himn: 
Das Lied der Deutschen
Paytaxt
və ən böyük şəhər
Berlin
Rəsmi dillər alman dili
Etnik qruplar almanlar
Hökumət Federativ parlament respublikası
 Prezident
Frank-Valter Ştaynmayer
 Kansler
Angela Merkel (CDU)
Yaranması
 Aİ-yə qəbul
25 mart 1957
Sahəsi
 Ümumi
357,021 km2 (137,847 sq mi) (63-cü yer)
Əhali
 Təxmini  (2011)
81,843,743[1] (15-ci)
 Sıxlıq
229/km2 (593.1/sq mi) (55-ci yer)
ÜDM (AQP) 2012 təxmini
 Ümumi
3.467 trilyon ABŞ dolları (5-ci)
 Adambaşına
40.678$
ÜDM (nominal) 2010 təxmini
 Ümumi
3.332 milyard ABŞ dolları (4)
Valyuta Avro (EUR)
Telefon kodu 49
İnternet domeni .de

Müxtəlif german tayfaları müasir Almaniyanın şimalında qədim dövrlərdən bəri yaşayırdılar. Qaynaqlarda Almaniya (Germania) adına ilk dəfə b.e.ə. 100-cü ildə rast gəlinir. Miqrasiya prosesləri nəticəsində german tayfaları cənuba doğru irəliləmişdir. Təxminən X əsrdən etibarən Almaniya ərazisi Müqəddəs Roma İmperiyasının əsas hissəsinə çevrilmişdi. XVI əsrdə Almaniyanın Şimal regionları Protestant İslahatlarının mərkəzi idi. Müqəddəs Roma İmperiyasının süqutundan sonra 1815-ci ildə Alman Konfederasiyası yarandı. 1848-1849-cu illərdəki inqilabın nəticəsində Frankfurt parlamenti demokratik hüquqları qəbul etmişdi.

1871-ci ildə bütün kiçik alman dövlətlərinin Prussiyanın rəhbərliyi altında birləşməsi ilə vahid Almaniya İmperiyası yarandı. Birinci Dünya müharibəsi və 1918-1919-cu illərdə baş verən inqilablardan sonra Almaniya İmperiyası parlamentli Veymar respublikası ilə əvəzləndi. 1933-cü ildə nasistlərin hakimiyyəti ələ keçirməsi nasist Almaniyasının yaradılması ilə nəticələndi. Bu dövlət disktatura əsaslanmışdı, nəticədə də İkinci Dünya Müharibəsi və Xolokosta səbəb oldu. İkinci Dünya Müharibəsindən sonra ölkəni işğal edən müttəfiqlər burada iki dövlətin əsasını qoydular. Birincisi demokratik Qərbi Almaniya və sosialist Şərqi Almaniya. 1989-cu ildə baş verən hadisələrdən sonra Almaniya 3 oktyabr 1990-cı ildə yenidən birləşdi.

Almaniya XXI əsrdə dünyada yerləşən ən qüdrətli iqtisadiyyata mailk ölkələrdəndir. O, dünyada ÜDM həcminə görə dördüncü, alıcılıq qabiliyyətinə görə beşinci yeri tutmaqdadır. Almaniya yüksək həyat şəraitinə malik ölkədir.

Almaniya 16 federal əyalətdən (alm. Bundesländer) ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra birləşdirilmişdir. İkinci dünya müharibəsindən sonra iki hissəyə bölünən ölkə, 1990-cu ildə yenidən birləşdi. Avropa Birliyinin yaradıcılarından biri olan Almaniya 81.8 milyon əhalisi ilə AB-də say etibarilə birinci yeri tutur.

BMT (1973), NATO (1955), G8 və G4 təşkilatlarının üzvü olan Almaniya dünyanın öncül dövlətlərindən biridir. Ölkə ÜDM həcminə görə dünyanın üçüncü böyük iqtisadiyyatına malik olmaqla yanaşı əmtəə ixracatına görə birinci, idxalatına görə isə ikinci yeri tutur. 2007-ci ildə həm Avropa Birliyinin Nazirlər Şurası, həm də G8-in növbəli rəhbərliyi funksiyalarını həyata keçirib.

Etimologiyası

Almaniya sözü müxtəlif dillərdə müxtəlif cür səslənir. Məsələn, ingilis dilində Germany, alman dilində Deutschland, fransız dilində Allemagne, polyak dilində Niemcy kimi. Germanlar tayfası etnonimindəndir. Alman dilində Deutschland adlanır. Müasir ad p.alm. Þeudiskaz adından törənmişdir. Deutsch sözü (p.alm. Þeodisk sözündən törənmişdir) ilk anlamda "xalqa aid olan" mənasını verir və ilk dövrlərdə dilə aid işlənirdi [4]. Land "ölkə deməkdir. Ölkə adının müasir yazılış forması XV əsrdən işlənir.

Tarixi

Alman xalqının formalaşması

Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyanyunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına baxmayaraq, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur.

İmperator Oktavian Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu. Təxminən 100-cü ildən başlayaraq german tayfaları Reyn və Dunay çayları arasındakı ərazilərə, Avstriyaya, Bavariya ərazisinə, həmçinin bəzi Roma əyalətlərində məskunlaşmağa başladılar. Roma imperiyasının parçalanmasının və dağılmasının əsas səbəblərdən biri də german tayfalarının davamlı olaraq imperiyaya qarşı hücümları idi.

Almaniya Orta Əsrlərdə

Martin Lüter Avropada Reformasiyanın banisi

Almanlar romalıların təsiri altında xristianlığı qəbul edirlər. Daha sonra yaranan Müqəddəs Roma imperiyasında almanlar əsas rolu oynayan xalq olurlar. 11 və 12-ci əsrlərdə Müqəddəs Roma imperiyası İtaliya və Burqundiyanı öz ərazisinə qatır. 12-ci əsrdən etibarən isə almanlar Şərqi Avropada yaşayan slavyanları əsarət altına almağa başlayırlar. Ostsiedlung adını alan bu proses nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar yaratmağa başlayırlar.

16-cı əsrdə Almaniyada keşiş Martin Lüterin başçılığı altında reformasiya hərəkatı başlanır. Katolik kilsəsindən ayrılan Lüteran kilsəsi 1530-cu ildən etibarən bir çox alman dövlətlərində rəsmi dinə çevrilir. Məzhəblərarası qarşıdurma 30 İllik müharibəyə (1618-1648) gətirib çıxardı, bu müharibə Almaniyaya çox böyük ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı.[5][6] 1740-cı ildən etibarən alman torpaqları Habsburqlar Sülaləsi və Prussiya arasında rəqabət meydanına çevrilir. 1806-cı ildə Napoleon Almaniyanı işğal edərək Müqəddəs Roma imperiyasına son qoydu[7].

Napoleon işğallarının ardından keçirilən Vyana Konfransında Alman Dövlətlərinin Konfederasiyasının yaradılması haqqında qərar qəbul olundu. Bu konfederasiyaya 39 dövlət daxil idi.[8] Konfederasiya dövründə alman milliyətçiliyi ideologiyası xüsusilə gənc intellektual insanlar arasında geniş yayılmağa başladı. Məhz həmin dövrdə Almaniyanın simvolları kimi qırmızı, qızılı və qara rənglərdən istifadə olunmağa başlandı, bu rənglər sonradan Almaniya bayrağının rənglərinə çevrildilər. 1848-ci ilin Mart ayında Prussiyada Mart inqilabı baş verir. 1862-ci ildə kral Otto fon Bismarkı Prussiyanın yeni baş naziri elan edir. Bismark 1864-cü ildə Danimarkaya qarşı uğurlu müharibə aparır. Bundan dərhal sonra Bismark Avstriyaya qarşı hücuma keçir. 1866-cı ildə baş verən Avstriya-Prussiya müharibəsində prussiyalılar qətiyyətlə qələbə qazanaraq Avstriyanı konfederasiyadan kənarlaşdılar. Beləliklə Alman Dövlətlərinin Konfederasiyası buraxılır. Onun əvəzində isə Prussiyanın başçılıq etdiyi Şimali Alman İttifaqı (Norddeutscher Bund) yaranır. 1870-ci ildə Fransa-Prussiya müharibəsi başlayır[9]. Bu müharibədə Fransa darmadağın olunur.

Almaniya İmperiyası və Birinci dünya müharibəsi

Almaniya İmperiyasının (1871–1918) xəritəsi. Prussiya krallığı göy rəngdə göstərilib.

1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü.

Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, ToqoKamerunda bir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi və bu Birinci dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü.[10] 1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökumət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı. 1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi.[11] Razılaşma Almaniyada "Müharibənin alçaldılmış formada davamı" kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci dünya müharibəsinə gətirib çıxardı.

Veymar Respublikası və Hitlerin hakimiyyətə gəlişi

Üçüncü Reyx dövründə Almaniyanın gerbi
1935-ci il. Nürnberq-də keçirilən reyxparad

Almaniyada respublikanın qurulması sabitliyi bərqərar etmədi. Nəticədə ölkədə bir sıra qüvvələr hakimiyyəti zorla ələ keçirməyə cəhd etdilər. Bavariyada kommunistlər inqilab edərək orada hakimiyyəti ələ keçirdilər. Bavariya Sovet Respublikası (1918-1919) cəmi bir il mövcud olduqdan sonra mərkəzi qüvvələrin Münhenə hücumu nəticəsində dağıdıldı. Bunun ardından 1919-cu ilin avqust ayında Veymar Respublikası quruldu. Avqustun 11-də prezident Fridrix Ebert Veymar Konstitutsiyasını təsdiq etdi. Lakin bunlar ölkədə sabitlik yaranmasına kömək etmədi. İqtisadi böhran, Versal müqaviləsinin ağır şərtləri ölkənin iqtisadiyyının dirçəlməsinə imkan vermirdi. Həmçinin ölkədə kommunistlərlə millətçilər arasında olan düşmənçilik siyasi sabitliyin bərqərar olmasına imkan vermirdi.

Belə bir zamanda Almaniyada iki əsas siyasi qüvvə yüksəlməyə başladı. Bunlar Adolf Hitlerin başçılıq etdiyi Alman Nasional Sosialist Fəhlə Partiyası və Ernest Telmanın başçılıq etdiyi Almaniya Kommunist Partiyası idi. Hər iki partiya 1932-ci ildə keçirilmiş parlament seçkiləri zamanı böyük səs çoxluğu yığaraq parlamentdə əksər yerləri əldə etsələr də, koalisiya hökuməti qurmaq məsələsində bir razılığa gələ bilmədilər. Bir neçə dəfə onların qurduğu nazirlər kabineti dağıldığına görə nəhayət 30 yanvar 1933-cü ildə prezident Paul fon Hindenburq Adolf Hitleri reyxkansler elan etdi. Bununla da Almaniya və dünya tarixində dərin iz qoymuş Üçüncü Reyx hakimiyyəti başladı.

Hitlerin hakimiyyətinin ilk illərində Almaniya Birinci dünya müharibəsində itirdiyi torpaqları geri əldə etməyə başladı. Belə ki, 1935-ci ildə Saarland, 1936-cı ildə isə Reyn vilayəti Fransadan geri alındı. Almaniyanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı, ölkədə işsizlik durmadan azalırdı, bununla paralel Almaniya qalib dövlətlərə ödəməli olduğu təzminat ödənilməsini dayandırdı. Eyni zamanda Almaniya öz ordusunu sürətlə gücləndirirdi. Bunun ardınca 1938-ci ildə Avstriya, 1939-cu ildə isə Çexoslovakiya könüllü şəkildə Almaniyanın tərkibinə daxil oldu. Almaniya 1936-1939-cu illərdə davam edən İspaniya vətəndaş müharibəsində birbaşa olaraq öz müttəfiqi Fransisko Frankonun qoşunlarına dəstək verərək orada da faşist hakimiyyətinin qurulmasına yardım etdi. 1936-cı ildə Almaniya və Yaponiya arasında Anti-Komintern paktı imzalandı. Bu razılaşmaya 1 ildən sonra İtaliya da qoşuldu. 1939-cu ildə isə Almaniya və SSRİ arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu müqaviləyə əsasən Polşa və Baltikyanı ölkələr iki imperialist dövlət arasında bölüşdürüldü. Həmçinin Almaniya və SSRİ 10 il arzində bir-birinə hücum etməmək barədə öhdəlik götürdülər. 1939-cu il sentyabr ayının 1-də Almaniyanın Polşaya hücumu ilə İkinci dünya müharibəsi başladı. Ardınca SSRİ də Polşa və Baltikyanı ölkələrə hücum edərək onları işğal etdi.

Almaniya İkinci dünya müharibəsi illərində

Almaniyanın elit Vaffen-SS əsgərləri Parisdə. 1940-cı il

Müharibənin ilk günlərindəcə alman ordusu Wehrmacht böyük uğurlar əldə etdi. Vermaxt çox qısa bir müddətdə Polşanı (1939), Norveçi (1940), Belçika (1940), Hollandiya (1940), Fransanı (1940) işğal etdi. Yalnız Fransanın işğalı zamanı almanlar 30.000 nəfər əsgər itki verdi. Fransa tərəfdən isə ölən əsgərlərin sayı 360.000, əsir düşənlərin sayı isə 2 milyon idi. Xüsusilə Fransanın işğal olunması Almaniyaya çox böyük ərazilər qazandırdı, belə ki Fransanın bütün müstəmləkələri Almaniyanın nəzarəti altına keçdi. Almaniya Böyük Britaniya ilə sülhə girməyə çalışsa da, həmin vaxt almanlara qarşı dərin nifrət bəsləyən Britaniyanın baş naziri Uinston Çörçillin barışmaz mövqedə durması hər iki ölkəni bir-birinə qarşı muharibəyə sürüklədi. Fransanın tutulmasından az sonra Almaniya Britaniyaya qarşı hava hücumuna keçdi. Almanların planı Britaniya adalarını ağır bombardman etdikdən sonra desant qoşunları vasitəsilə bütün adaları tutmaq idi. Britaniya səmasında 3 ay davam edən döyüşlərdə alman hərbi hava qüvvələri məğlubiyyətə uğradı, alman quru qoşunları isə heç vaxt Britaniya ərazisinə daxil ola bilmədilər. Bu Almaniyanın müharibədə ilk ciddi məğlubiyyəti oldu. Bu uğursuzluqdan sonra almanlar britaniyalılara qarşı Atlantik okeanında müharibə etmək taktikasına keçsələr də, burada da ciddi bir uğur əldə etmək mümkün olmadı. 1941-ci ilin başlanğıcında alman ordusu Şimali Afrikaya yeridildi. Burada almanlar ingilis ordusunu dalbadal bir neçə məğlubiyyətə uğradaraq onları Misirin içərilərinə kimi sıxışdırdı. Həmin ilin aprel ayında isə almanların Balkan Yarımadasına hücumu başladı. Burada BolqarıstanRumıniya Almaniyanın müttəfiqləri oldular. Yunanıstan və Yuqoslaviya isə qısa müddət ərzində almanlar tərəfindən tutuldu. Bunun ardınca isə Almaniya Avropadakı bütün müttəfiqləri ilə birlikdə SSRİyə hücuma keçdi. Almanlar SSRİ-yə qarşı müharibənin qısa olacağını təxmin edirdi, onlar 1941-ci ilin Dekabr ayına kimi HəştərxanArxangelsk şəhərləri arasındakı xəttə qədər olan bütün əraziləri tutmağı planlaşdırırdı. Hitlerin çıxışında dediyi kimi

Bizim yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal dağılacaq.

Hitler bu sözləri ilə Sovet imperiyasının yüzlərlə xalqı zorla əsarət altında saxlamasını nəzərdə tuturdu. Alman ordusu ilk günlərdəcə böyük uğurlara imza atdı. Sentyabrda Kiyev, Minsk və Baltikyanı ərazilər tutuldu, Leninqrad şəhəri mühasirəyə alındı. Yeni tutulmuş ərazilərdə yaşayan əhali almanları xilaskar kimi qarşıladı. Sovet ordusunda zorla döyüşməyə məcbur edilən və ruslar tərəfindən çox pis rəftara məruz qalan sovet ordusunun qeyri-rus əsgərləri kütləvi şəkildə alman ordusunun tərəfinə keçirdilər. Müxtəlif hesablamalara görə 1-1.5 milyon sovet əsgəri alman ordusunun tərəfinə keçmişdi. Lakin almanların hücumları Moskva ətrafındakı döyüşdə dayandırıldı. Bu döyüşdə almanların məğlubiyyətinin əsas səbəblərindən biri kəskin soyuq hava olsa da, digər bir səbəb ABŞ və Böyük Britaniyanın SSRİ-yə çox böyük miqdarda hərbi-texniki və ərzaq cəhətdən yardım etməsi oldu[12]. 1941-ci ilin sonunda həmin dövrdə dünyada ən güclü iqtisadiyyata malik ölkə olan ABŞ-ın Almaniya və Yaponiyaya qarşı müharibə elan etməsi almanların vəziyyətini bir qədər də çətinləşdirdi. Lakin 1942-ci ilin əvvəlində alman ordusu yenidən rusları bir neçə döyüşdə ağır məğlubiyyətə uğradaraq Rusiyanın cənubuna və Qafqaza doğru irəliləməyə başladı. Lakin həmin dövrdə almanların Şimali Afrikada baş verən El Alameyn döyüşündə ingilis ordusuna məğlub olmaqları onların vəziyyətini daha da çətinləşdirdi. Bu döyüşün ardınca Rusiyanın cənubunda Stalinqrad və Qafqaz uğrunda gedən döyüşlərdə məğlub olan almanlar getdikcə qazandıqları əraziləri itirməyə başladılar. 1943-cü ildə Almaniyanın yaxın müttəfiqi İtaliya düşmən tərəflə razılığa gələrək almanlara qarşı müharibə elan etdi. 1945-ci ildə Almaniya qəti olaraq məğlubiyyətə uğradı. İkinci dünya müharibəsi Almaniyaya baha başa gəldi. 12 milyon nəfər alman bu müharibədə öldürüldü, ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Xüsusilə Sovet ordusunun əsgərləri işğal etdiyi Şərqi Almaniyada böyük dağıntılar törədir, dinc əhalini qırır, alman qadınlarını kütləvi şəkildə zorlayırdı. Şərqi Almaniya həmin dövrdə məruz qaldığı dağıntılardan indiyə kimi tam özünə gələ bilməmişdir.

Müharibədən sonrakı Almaniya

İşğal olunmuş Almaniya ərazisi

Müharibə milyonlarla almanın ölümünə səbəb oldu, çox böyük ərazilər Almaniyadan qoparıldı, təxminən 15 milyon alman qonşu ölkələrdən qovuldu. Demək olar ki, bütün şəhərlər və iri sənaye müəssisələri dağdıdıldı. Almaniyanın yerdə qalan əraziləri işğalçı 4 ölkə (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) arasında hərbi ərazilərə bölündü. Buna uyğun olaraq Berlin şəhəri də həmçinin 4 işğalçı ölkələr arasında uyğun zonalara ayrıldı. ABŞ, B.Britaniya və Fransa tərəfindən nəzarət olunan 3 qərbi ərazi 1949-cu il Mayın 23-də vahid dövlətdə birləşdirildi. Yeni dövlət Almaniya Federativ Respublikası adlanırdı. Buna cavab olaraq SSRİ nəzarət etdiyi ərazilərdə başqa bir dövlətin, Almaniya Demokratik Respublikasının yarandığını elan etdi (7 Oktyabr 1949-cu il). Həmin dövlətlər dünyada formal olaraq "Qərbi Almaniya" və "Şərqi Almaniya" kimi tanınırdılar. Şərqi Almaniya öz paytaxtı kimi Berlin şəhərinin şərq sektorunu seçdi, Qərbi Almaniyanın paytaxtı isə Bonn şəhəri elan olundu. Lakin Qərbi Almaniya Bonn şəhərini müvəqqəti paytaxt elan etmişdi, bunun arxasında Almaniyanın nə vaxtsa vahid bir dövlətdə birləşdirilməsi və Berlinin vahid paytaxt elan edilməsi məqsədi dururdu. Qərbi Almaniya 1950-ci ildə NATO-nun və 1957-ci ildə Avropa Birliyinin üzvü olmuşdur.SSRİ və AFRsı arasında Moskva anlaşması (1970) imzalanır.Bu anlaşmada SSRİ gələcəkdə iki ölkənin birləşməsi üçün zəmin yaranarsa buna maneə olmayacağını üzərinə götürür. 1980-ci illərin sonunda Dəmir Pərdənin aradan qalxması və kommunizmin çöküşü ilə əlaqədar Şərqi Almaniya ilə Qərbi Almaniya bir-birilə yaxınlaşmağa başladı. Berlin divarının aradan qaldırılmasından az sonra, 3 oktyabr 1990-cı ildə Almaniya vahid dövlətdə birləşdi. 1994-cü ildə Berlin\Bonn aktına əsasən vahid Almaniyanın paytaxtı Bonn şəhərindən Berlinə köçürüldü. Almaniya vahid dövlətdə birləşdikdən sonra siyasi və iqtisadi sahədə çox böyük inkişafa nail oldu, Avropanın ən böyük iqtisadiyyatına malik olan ölkəyə çevrildi. 2005-ci ildə Almaniyada ilk dəfə olaraq qadın kansler Angela Merkel hakimiyyətə gəldi.

Fiziki-coğrafi xarakteristika

Almaniyanın topoqrafik xəritəsi

Almaniya Avropanın mərkəzi hissəsində yerləşən 357.021 km² əraziyə malik olan ölkədir. Ərazisinin 349.223 km² quru, 7.798 km² isə sudan ibarətdir. Almaniya ərazisinə görə dünyada 63-cü, Avropada isə 7-ci ən böyük dövlətdir. Avropanın 9 ölkəsi ilə həmsərhəddir. Bunlar şimalda Danimarka, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriyaİsveçrə, cənub-qərbdə Fransa və qərbdə Luksemburq, BelçikaNiderlanddır. Ən hündür nöqtəsi ölkənin cənubunda Alp dağlarında yerləşən Zugspitze dağıdır (dəniz səviyyəsindən 2.962 m hündürlükdə). Almaniyanın cənubu əsasən dağlıq, şimal hissəsi isə düzənlik ərazilərdir. Hal-hazırda müasir Almaniyanın ərazisi Soyuq müharibə dövründəki Qərbi Almaniyanın ərazisindən 30.3% böyük, Almaniya İmperiyasının ərazisindən 33.9% kiçik, Veymar Respublikası dövründəki Almaniyanın ərazisindən isə 23.8% daha kiçikdir.

Almaniyanın iqlimi mülayim-dəniz iqlimi hesab olunur. Həm qış, həm də yay mövsümləri üçün sərin, buludlu və rütubətli hava xarakterikdir. Ölkə boyunca rütubətli qərb küləyi hakimdir. Ölkənin şimalı və şimal-qərbində hava çox rütubətlidir və ilin demək olar bütun dövrlərində burada çoxlu yağış yağır.

Ərazisinin təxminən 4.750 km² hissəsi sulanan torpaqlardır.Ölkə ərazisinin 31%-i meşələrlə örtülüdür.Almaniyanın ərazisindən çoxlu sayda çay axır,ən böyük olan çaylar Reyn,Dunay,Elba,Vezer və Oder çaylarıdır.Çaylar kanallar vasitəsi ilə birləşirlər.Ən böyük kanal-Kil kanalıdır(Baltik ve Şimal dənizlərini birləşdirir).Almaniyanın ən böyük gölü-Boden gölüdür(sahəsi- 540 kvadrat kilometr,dərinliyi-250 metr).

İnzibati ərazi bölgüsü

Almaniya ərazisində 16 əyalət və bunlara daxil olan 439 rayon vardır.

__SUB_LEVEL_SECTION_10__
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.