Hamının redaktə edə biləcəyi açıq ensiklopediya olan
Hazırda Azərbaycan dilində 144.007 məqalə mövcuddur.
  • Azərbaycan
  • Teatr
  • Coğrafiya
  • Ədəbiyyat
  • Fəlsəfə
  • Astronomiya
  • Tibb
  • Biologiya
  • Memarlıq
  • Kino
  • Elm
  • Digər portallar
Xocalı soyqırımı1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.

(Davamı...)

Mustafa Kamalın Samsuna gəlişi1919-cu ilin 19 May tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir.

Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir.

(Davamı...)

Vikipediya məqalələrindən
  • Həyatının sonlarında yoxsulluqla üzləşən Rembrandt 1662-ci ildə həyat yoldaşının ölü bədənini məzarından çıxararaq məzar yerini satmışdır.
  • Totem, rakun, skunks, mokasin, haski, opossum, pekan, tomahavk kimi sözlər alqonkin dillərindən törəmişdir.
  • Böyük London yanğınından sonra şəhəri yenidən inşa edən memar Kristofer Renin məzarında "Oxucu, əgər bir abidə axtarırsansa, ətrafına bax" sözləri yazılmışdır.
  • Hastinqs döyüşünün gedişatında Vilhelmin 3 atı öldüyünə görə orduda onun ölməsi barədə şayiənin yayılmasının qarşısını almaq üçün zirehini çıxarıb əsgərlərinin arasında atını dartıb sürüməyə məcbur olmuşdur.
  • Müasir astronomiyanın qurucularından biri Tixo Brahe (şəkildə) mövhumatlara olan inanclarına görə dovşan və yaşlı qadınlardan qorxurdu.
 
Roksolana


Son ölümlər: Karl Lagerfeld, Bruno Qanz, Ozan Arif, Altay Hacıyev, Qordon Benks, Sergey Yurski, Vano Zodelava, Detsl

28 fevral: Olof Palmenin öldürülməsi, Körfəz Müharibəsinin başa çatması, Sumqayıt hadisələri (1988)
Olof Palme
  • 1986 — İsveçin Baş Naziri Olof Palme Stokholmda öldürülür.
  • 1991 — Birinci Körfəz Müharibəsi başa çatır.
  • 1992Azərbaycan Respublikası ABŞ ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1992Azərbaycan Respublikası Hindistan ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1995Azərbaycan Respublikası Nepal ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1995 — Koloradoda Steplton Beynəlxalq Hava limanının əvəzinə rəsmi olaraq Denver Beynəlxalq Hava Limanı açıldı.
  • 1997 — Şimal Hollivud Atışması baş verib.
  • Digər günlər: 27 fevral 28 fevral 1 mart

    Hazırda 28 fevral 2019 (UTC)
    Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər.

    Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü (18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramıRamazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir.

    20 yanvar tarixi Azərbaycanda “Ümumxalq hüzn günü” kimi qeyd edilir. Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan Azadlıq mübarizəsini yatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini qeyd edirlər. Azərbaycan Milli Məclisi 26 fevral tarixini Azərbaycanda Xocalı soyqırımı günü olaraq elan edib. Hər 26 fevral, saat 17.00-da bir dəqiqəlik sükutla Azərbaycanda bu soyqırımın qurbanlarının xatirəsi qeyd edilir.1998-ci ildən başlayaraq Azərbaycanda 31 mart tarixi dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü olaraq qeyd edilir. 1918-ci ilin bu tarixində Bakı və Bakı quberniyasında baş verən qanlı hadisələr nəticəsində bir çox azərbaycanlı həyatını itirmişdir.

    • Vikipediyaçılar
    • Beş əsas prinsip
    • Qaralama dəftəri
    • Şablonlar
    • Yeni başlayanlar üçün təlimat
    • Tez-tez soruşulan suallar
    Vikipediya
    Vikimedia Fondunun digər layihələri
    Vikianbar
    Ortaq media anbarı
    Vikixəbər
    Azad xəbər mənbəyi
    Vikilüğət
    Lüğət
    Mediaviki
    Viki proqram təminatının təkmilləşdirilməsi
    Vikisitat
    Sitatlar
    Vikikitab
    Azad dərsliklər və təlimat kitabları
    Vikimənbə
    Azad mənbə
    Vikiverilən
    Ortaq verilənlər bazası
    Vikinövlər
    Bioloji növlərin sistematikası
    Vikiversitet
    Viki Universitet
    Meta-Viki
    Vikimedia koordinasiya mərkəzi
    Vikisəyahət
    Azad səyahət soraqçası

    |-

    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd   Çuvaş   Krım-tatar   Qaqauz   Qaraçay-balkar   Qaraqalpaq   Qazax  

    Qırğız   Özbək  Tatar   Tıva   Türk   Türkmən   Uyğur   Yakut

    Vikipediya digər dillərdə
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.