Hamının redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hazırda Azərbaycan dilində 155.254 məqalə mövcuddur.

Azərbaycan
Teatr
Coğrafiya
Ədəbiyyat

Fəlsəfə
Astronomiya
Tibb
Biologiya

Memarlıq
Kino
Elm
Digər portallar

Hamının redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

155.254 məqalə arasından axtar

Hazırda Azərbaycan dilində 155.254 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Kömək
  • Portallar
Həftənin seçilmiş məqaləsi
Amundsenin Cənub qütbünə ekspedisiyası — Coğrafi Cənub qütbünü fəth edən ilk ekspedisiyaya norveçli tədqiqatçı Roald Amundsen rəhbərlik etmişdir. 14 dekabr 1911-ci ildə o və dörd nəfər Terra Nova Ekspedisiyasının bir hissəsi sayılan, Robert Falkon Skottun başçılıq etdiyi ingilis səyahət dəstəsindən beş həftə əvvəl Cənub qütbünə çatmışdı. Amundsen və komandası öz bazalarına təhlükəsiz şəkildə qayıtdılar, ancaq sonra Skott və dörd yoldaşının geri dönüş yolunda öldüyü xəbərini eşitdilər.

Amundsenin ilkin planları Arktikaya və ətraflı buzlarla örtülmüş gəmisiylə Şimal qütbünün fəthinə yönəlmişdi. O, bunun üçün Frityof Nansenin Fram qütb kəşfiyyat gəmisindən istifadə etməyə qərar verdi və tədqiqatın maliyyələşdirilməsi üçün də maddi dəstək axtarmağa başladı. Ancaq 1909-cu ildə Amundsenin rəqibi olan amerikalı səyyahlar Frederik KukRobert Pirinin hər biri Şimal qütbünə çatdıqlarını iddia etdikləri zaman bu ekspedisiyaya hazırlıqlar dayandırıldı.

(Davamı...)

Həftənin yaxşı məqaləsi
Suxumi iğtişaşlarıSovet İttifaqı dövründə, 1989-cu ilin iyulunda Gürcüstan SSR-nin tərkibində olan Abxaziya MSSR-nin Suxumi bölgəsində abxazgürcü icmaları arasında artan etniklər arası gərginliyin səbəb olduğu və sonrasında Suxumidə və bütün Abxaziyada bir neçə gün davam edən küçə döyüşləri və sivil çaxnaşmalar.

İğtişaşlar Suxumidə Tbilisi Dövlət Universitetinin filialının açılmasına abxaz etirazı olaraq başladı və 16 iyul 1989-cu ildə yeni universitetin yerləşməsi gözlənilən gürcü məktəbinin talan edilməsi ilə başa çatdı. Meydana gələn zorakılıq tez bir zamanda geniş millətlərarası qarşıdurma miqyası aldı. Sovet ordusu vəziyyəti müvəqqəti nəzarətə götürdükdə, iğtişaşlar, əsasən aralarında gürcülərin olduğu 18 nəfərin ölümünə və 448 nəfərin yaralanmasına səbəb olmuşdu.

(Davamı...)

Həftənin seçilmiş siyahısı
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısıNickelodeon üçün dəniz bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Birinci çıxışı 1 may 1999-cu ildə olan serialın indiyə qədər 188 seriyası yayımlanıb; onun doqquzuncu sezonunun premyeri 21 iyul 2012-ci ildə olub. Seriyalar uydurma sualtı şəhər Bikini Bottomda baş verir və hadisələrin mərkəzində Süngər Bob Kvadrat Şalvarın (Tom Kenni) macəraları və səyləri durur.

Süngər Bob Kvadrat Şalvar başqa personajları narahat edən həddindən artıq optimist dəniz süngəridir. Şounun əsas personajları bunlardır: Süngər Bobun ən yaxın dostu Patrik adlı dəniz ulduzu (Bill Faqerbakke), tamakharlıqla pula bağlanmış yencək və Krasti Krabda Süngər Bobun müdiri Mister Krab (Klensi Braun), təkəbbürlü və pis xasiyyətli osminoq Skvidvard Tentikals (Rocer Bampas), Texasdan olan sincab Sendi (Karolin Lorens) və Mister Krabın biznesdə rəqibi Plankton (Mr. Lourens).

(Davamı...)

Günün seçilmiş şəkli
Xəbərlər
  • Portuqaliya prokurorları Anqolanın keçmiş prezidentinin qızı və Afrikanın ən varlı qadını İzabel dos Santosun bank hesablarını dondurub.
  • Rejissor Pon Cun-honun "Ən yaxşı film" nominasiyasında qalib gələn Parazitlər filmi (şəkildə) bu uğuru qazanmış ingilis dilində olmayan ilk film olmuşdur.
  • İngiltərədə yazıçı Çarlz Dikkensə aid olan itirilmiş portret, "Devid Kopperfild" əsərinin əl ilə yazılmış nüsxəsi və 25 məktub tapılıb. Tapılan məktublar yazıçının “Milad nəğməsi” əsəri də daxil olmaqla digər romanlarının üzərində işləyən zamankı düşüncələrini əhatə edir.
  • Azərbaycanda parlament seçkiləri keçirilib.
  • Yaponiya Nazirlər Kabineti müasir şəhər texnologiyalarının sınaqlarının aparılması məqsədilə "Super şəhər" barədə qanun layihəsini təsdiq edib. "Super şəhər"in yaradılması “dördüncü sənaye inqilabı” adlandırılan innovasiyaların inkişafı üçün açar rolunu oynayacaq. Həmin strategiyanın kökündə isə süni intellekt texnologiyaları dayanır.
Tarixdə bu gün
15 fevral: Serbiya inqilabının başlaması, SSRİ qoşunlarının Əfqanıstandan çıxarılması
  • 1804Serbiyada inqilab başlamışdır.
  • 1897 — Ferdinand Braun ossiloqrafın sxemini çap etdirmişdir.
  • 1922Haaqada Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılmış, İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Beynəlxalq Tribunal fəaliyyətə başlamışdır.
  • 1933 — Terrorçu Cüzeppe Zinqara ABŞ-ın yenicə seçilmiş prezidenti Franklin Ruzveltə qarşı sui-qəsd təşkil etmişdir.
  • 1961 — Brüssel yaxınlığında təyyarı qəzası baş vermişdir.
  • 1974Yaxın Şərqdə növbəti müharibə başlamış, müharibənin gedişində İsrail qüvvələri Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini işğal etmişdir. 1989SSRİ-nin "məhdud hərbi kontingenti"nin Əfqanıstandan çıxarılması prosesi başa çatmışdır.
  • Digər günlər: 14 fevral 15 fevral 16 fevral

    Hazırda 15 fevral 2020 (UTC)
    Bilirsinizmi...
    Vikipediya məqalələrindən
    Kömək səhifələri
    • Vikipediyaçılar
    • Beş əsas prinsip
    • Qaralama dəftəri
    • Şablonlar
    • Yeni başlayanlar üçün təlimat
    • Tez-tez soruşulan suallar
    Vikipediya
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.