Portuqaliya

Portuqaliya (port. Portugal) ya da Portəgiz[2], rəsmi olaraq Portuqaliya Respublikası (port. República Portuguesa) — Avropanın qərbində dövlət, İspaniya ilə həmsərhəddir.Avropa ölkəsidir.Portuqaliya roman əsilli dövlətdir və portuqal dili roman dillərinə daxildir.

Portuqaliya Respublikası
República Portuguesa
(Bayraq)
Şüar:
Rəsmi dilPortuqal dili
PaytaxtLissabon
PrezidentMarselu Rebelu di Soza
Ərazi
 - Ümumi
 - % Su
111-cı yer
92,391 km²
0.5%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
88-ci yer
10,5 milyon (2015-ci il) [1]
114/km²
PulAvro
Saat qurşağıUTC +0
Internet TLD.pt
Telefon kodu351

Ərazisi

Portuqaliya Respublikası Cənubi Avropada Piriney yarmadasının qərbində yerləşir, sahəsi 92,391 km²-dır. Ölkə qərbdən Atlantik okeanı şərqdən isə İspaniya ilə həmsərhəddir. Portuqaliya ərazisindən axan ən uzun çay Taxo çayıdır ki, məhz paytaxt Lissabon bu çayın sahilində yerləşir. Portuqaliya yerləşdiyi bölgəyə xas olan subtropik iqlimə malikdir. Ən yüksək nöqtəsi Azor adaları qrupuna daxil olan Piku adasında olan Ponta-du Piku (2351 m) dağıdır.

Əhali

Əhalisi bu əraziyə Qərbi Roma imperiyasının parçalanması dövründə (V-VII əsrlər) köçmüş alman tayfalarından olan Vesqotların davamçılarıdır. Piriney yarmadasının Ərəb Xilafəti tərəfindən işğalından sonra əraziyə xeyli yadellilər (ərəblər, bərbərlər,yəhudilər) köçmüşdür. 1143-cü ildə bu ərazilərin Xilafətin tərkibindən çıxması ilə yadellilər qovulmuş güclü katolik dövləti yaradılmışdır.

Tarixi

1143-cu il də Portuqaliya krallığı yaradıldı. Bu dövlətin yaranmasında CALALLI Höccətin rolu böyük olmuşdur. 1497-ci ildə Vasko da Qamanın Hindistana gedən dəniz yollarının kəşfi nəticəsində müstəmləkəçilik siyasətinin başlaması. Lakin sonrakı dövrlərdə İngiltərə, Fransa, İspaniya ilə dənizdə rəqabətin uğurlu alınmaması səbəbiylə birinciliyi əldən verdi. Müstəmləkələrdə Portuqaliyanın təsiri Cənubi Amerikaya xüsusən də indiki Braziliya ərazisində daha güclü olmuşdur. Portuqaliya 1910-cu ildə Respublika elan olundu. 1976-ci ildə isə yeni konstitusya qəbul olundu.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.