Mamont

Mamont (lat. Mammuthus) — fillər fəsiləsinə aid heyvan cinsi.

Mamont
Elmi təsnifat
Aləmi:Heyvanlar
Yarımaləm:Eumetazoylar
Bölmə:İkitərəflisimmetriyalılar
Yarımbölmə:Sonağızlılar
Tip:Xordalılar
Yarımtip:Onurğalılar
İnfratip:Ağızçənəlilər
Sinifüstü:Dördayaqlılar
Sinif:Məməlilər
Yarımsinif:Vəhşi heyvanlar
İnfrasinif:Plasentalılar
Dəstəüstü:Afroterilər
Dəstə:Xortumlular
Fəsilə:Fillər
Cins: Mamont
Elmi adı
Mammuthus

Vikinövlərdə
sistematika

Şəkil
axtarışı

Mamontları yenidən həyata qaytarmaq cəhdləri

Mamontları yenidən həyata qaytarmaq cəhdləri 1990-cı illərdən başlayıb. Ancaq min illər əvvəl donmuş hüceyrələr üzərində aparılan təcrübə nəticə verməyib. Lakin 2008-ci ildə yapon alimlər 16 il əvvəl dondurulmuş siçanın hüceyrəsindən istifadə edərək başqa bir siçanı klonlaşdıra biliblər. Bu uğura Riken Bioloji İnkişaf Mərkəzinin professoru Teruxiko Vakayama imza atıb. Onun işini hazırda Kioto Universitetinin professoru Akira İritani davam etdirir. O, 5 min il əvvəl donmuş vəziyyətdə olan orqanizmləri araşdırır. O bildirib ki, indi texniki çətinliklər aşılıb: "Bizə lazım olan yaxşı vəziyyətdə dondurulmuş mamontun ət parçasını əldə etmişik. Biz onların arasından daha sağlam mamont hüceyrələrini seçəcəyik. Daha sonra bu, Afrika fili ilə cütləşdiriləcək və fil mamont üçün surroqat ana rolu oynayacaq". O, beləliklə 4-5 ilə sağlam mamont yaradacaqlarına inanır. Yaponiya alimləri klonlaşdırma texnologiyası sayəsində buna nail olunacağını vəd ediblər[1].

İstinadlar

Həmçinin bax

  • Tüklü mamont
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.