Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!Hazırda Azərbaycan dilində 178.914 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 178.914 məqalə mövcuddur.

![]() Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur. |

![]() Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930-1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır. Rəsmi olaraq deportasiya qaraçaylıların işğalçı alman qüvvələri ilə əməkdaşlığına cavab idi. Əvvəlcə II Dünya müharibəsi dövründə üsyan etmiş şəxslərin ailə üzvləri ilə məhdudlaşan deportasiya sonradan genişləndirilərək bütün Qaraçay etnik qrupunu əhatə etdi. (Davamı...) |

![]() 1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. Gödək Əhmədin ölümündən sonra ölkə Əbhər sülh müqaviləsi ilə Əlvənd mirzə və Sultan Murad arasında 2 yerə bölündü. 1501-ci ildə Əlvənd mirzəni və 1503-cü ildə Sultan Muradı məğlub edən I Şah İsmayıl tərəfindən 1508-ci ildə Ağqoyunluların hakimiyyətinə tamamilə son qoyuldu. Beləliklə, Ağqoyunluların süqutu ilə onun yerində Səfəvilər imperiyasının əsası qoyuldu. |

![]() |

.jpg.webp)
- Azərbaycanda "Formula-1" yarışının keçirilmə müddəti 2024-cü ilə qədər uzadılıb.
- Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin oktyabr ayında ölkənin yarı prezident idarəetmə üsuluna keçidi üçün konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsü irəli sürəcəyini bəyan edib.
- Hollivud aktrisası Ancelina Coli (şəkildə) Böyük Britaniyanın Baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş "Əl-Kutubiyyə məscidinin minarəsi" adlı rəsm əsərini 11.5 milyon dollara satıb.
- "Tesla" və "SpaceX şirkətlərinin qurucusu İlon Mask ABŞ-ın Texas ştatında yeni şəhər olan Starbeysin inşasını qeyd edib.
- "Qarabağ"ın sabiq futbolçusu Miçel futbol karyerasını başa vurub.

Digər günlər: 3 mart – 4 mart – 5 mart


- XIX əsrdə Şamaxıda fəaliyyət göstərmiş Şamaxı rəqqasələri təkcə Şirvanda deyil, Qərbi Avropada belə məşhurlaşmışdır. Belə ki, fransız yazıçısı Aleksandr Düma, diplomatı Artur de Qobino öz yazılarında, rus rəssamı Qriqori Qaqarin isə öz rəsm əsərlərində Şamaxı rəqqasələri ilə bağlı məlumatlar vermişdilər.
- İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx donanmasında sualtı qayıq komandiri kimi xidmət etmiş və müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmisini batıran, daha 24 gəmisini zədələməklə sıradan çıxaran, "Dəmir xaç ordeni" kavaleri Viktor Ern 1907-ci ilin 21 oktyabrında Gədəbəy rayonunda anadan olmuşdur.
- "I" əməliyyatı və Şurikin digər macəraları filmində rol almış yeganə azərbaycanlı Hüseyn Axundovdur. Hüseyn Axundov Mosfilmdə tam ştata götürülmüş yeganə azərbaycanlı kimi də tarixə düşüb. 2015-ci ildə 94 yaşında Moskva şəhərində vəfat edib.
- Bakı Şəhər İcra Hakimiyyətinin binası 1900-1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir.

- Vikipediyaçılar
- Beş əsas prinsip
- Qaralama dəftəri
- Şablonlar
- Yeni başlayanlar üçün təlimat
- Tez-tez soruşulan suallar
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi