Hamının redaktə edə biləcəyi açıq ensiklopediya olan
Hazırda Azərbaycan dilində 128.677 məqalə mövcuddur.
  • Azərbaycan
  • Teatr
  • Coğrafiya
  • Ədəbiyyat
  • Fəlsəfə
  • Astronomiya
  • Tibb
  • Biologiya
  • Memarlıq
  • Kino
  • Elm
  • Digər portallar
Uşaq nikahıYUNİSEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olmasıdır. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar.

Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə - 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü - mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər.

XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın AmerikasıOkeaniyada yayılmışdır.

(Davamı...)

Əhliman Əmiraslanov (17 noyabr 1947, Zod, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ) — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrahonkoloq, tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), Azərbaycan Tibb Universitetinin rektoru (1992–indi), ATU Onkologiya kafedrasının müdiri (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014–indi), Yeni Azərbaycan Partiyasının üzvü.

Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakultəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.

(Davamı...)

Vikipediya məqalələrindən

Zona əritməsi metodu ilə əldə edilmiş 99,999% təmizlikdə renium monokristalı və elektron-şüa əritməsi metodu ilə əldə edilmiş 99,995% təmizlikdə renium külçəsi. Müqayisə üçün 99,99% təmizlikdə 1 sm³ həcmində renium kubu da göstərilmişdir.

 



Son ölümlər: Çarlz Menson, Rafiq Hüseynov, Minarə Tahirova

  • 1919 — Azərbaycan və Ermənistan hökumət rəhbərlərinin Tiflisdəki görüşündə bütün ziddiyyətli məsələlərin sülh konfransında həll edilməsi qərara alındı, Azərbaycan ordusu Zəngəzurdan geri çağırıldı.
  • 1929 — Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verdi.
  • 1980İtaliyanın cənubunda baş verən 6,9 ballıq zəlzələ nəticəsində 5000-ə qədər insan həlak oldu, 250 min nəfər evsiz qaldı.
  • 1987BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürdü.
  • 1996 — Terrorçuların qaçırdığı Efiopiya Hava Yollarına məxsus Boeing-767 təyyarəsinin (şəkildə) Hind okeanına düşməsi nəticəsində təyyarədəki 175 nəfərdən 125-i həlak oldu.
  • 2009Filippində törədilən və Maqindanao qətliamı adını alan hadisədə 34-ü jurnalist olmaqla, 58 nəfər vəhşicəsinə qətlə yetirildi.

Digər günlər: 22 noyabr 23 noyabr 24 noyabr

Hazırda 23 noyabr 2017 (UTC)
ABŞ milli parklarının siyahısıABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir.

Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu.

  • Vikipediyaçılar
  • Beş əsas prinsip
  • Qaralama dəftəri
  • Şablonlar
  • Yeni başlayanlar üçün təlimat
  • Tez-tez soruşulan suallar
Vikipediya
Vikimedia Fondunun digər layihələri
Commons
Ortaq media anbarı
Vikixəbər
Açıq xəbər mənbəyi
Vikilüğət
Lüğət
Vikisitat
Sitatlar
Vikikitab
Açıq dərsliklər və təlimat kitabları
Vikimənbə
Açıq mənbə
Vikinövlər
Bioloji növlərin sistematikası
Vikiversitet
Viki Universitet
Meta-Viki
Vikimedia koordinasiya mərkəzi
|-
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd   Çuvaş   Krım-tatar   Qaqauz   Qaraçay-balkar   Qaraqalpaq   Qazax  

Qırğız   Özbək  Tatar   Tıva   Türk   Türkmən   Uyğur   Yakut

Vikipediya digər dillərdə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.